İş təqvimi
Bakıda Beynəlxalq Biznes Forum təşkil olunacaq
02.11.2018

 Noyabrın 2-də Bakıda Qara Dəniz regionunda kiçik və orta sahibkarlığın inkişafına həsr edilmiş Beynəlxalq Biznes Forum təşkil olunacaq.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) verilən məlumata görə, biznes forum Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının sədri olan ASK tərəfindən təşkil olunacaq.

Forumda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin sahibkarları, biznesə dəstək təşkilatları Azərbaycanda olan real investisiya imkanları, hazırda icra edilən investisya layihələri haqqında yaxından tanış olacaq, habelə sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin artırılması məqsədilə "B2B" görüşlər təşkil ediləcək.