Haqqımızda

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TUİB)

“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” (TÜİB), qlobal iqtisadi əlaqələrin yenidən tənzimləndiyi bir mühitdə, çox önəmli bir missiyanı öz üzərinə götürüb. Qlobal iqtisadi, sosial və siyasi hadisələri yaxından izləsək də, bütün diqqətimiz və qəlbimiz ölkələrimiz Azərbaycan və Türkiyədədir. “Millətimiz və Dövlətlərimiz Varsa, Biz də Varıq!” şüarı ilə fəaliyyət göstərən iş adamları öz sahələrində əldə etdikləri uğurlarla yanaşı, xalqımızın rifah halının yaxşılaşdırılması və millətimizin sivilizasiyalara doğru inteqrasiyası üçün öz üzərinə düşən vəzifələri yerinə yetirməyi hədəfləyir. TÜİB olaraq bu məqsədə yönəlmiş fəaliyyət proqramları hazırlayaraq həyata keçirmək əsas hədəfimizdir. TÜİB rəhbərliyi olaraq fəaliyyətlərimiz çərçivəsində rəqabət gücünü artıracaq, struktur islahatlarla dəstəklənən davamlı böyümə və ictimai problemlərin daimi həllinin tapılmasını hədəfləyən işlərə üstünlük veririk. Azərbaycan və Türkiyənin mövcud potensialının ən təsirli şəkildə qiymətləndirilməsi üçün

1. Hər iki ölkənin iş adamları arasında ortaq platformalar təsis etmək, onları birgə əməkdaşlıq etməyə və investisiya yatırımlarına təşviq etmək,

2. Real və məhsuldar məşğulluğu artırmaq, insanların rifahını yüksəldə biləcək fəaliyyət sahələrinə üstünlük vermək,

3. Üzvlərimizin əlavə dəyəri yüksək sahələrdə daha da fəal olmaları üçün təşviq etmək,

4. Mövcud qanunvericilikdə inkişaf etdirilməyə ehtiyac duyulan xüsuslar olduqda müvafiq qanunverici orqanlarla öz təcrübə və biliklərimizi paylaşmaq, təkliflər təqdim etmək və bütün tərəflərin məmnun qalmasını təmin etmək;

əsas hədəflər arasındadır.

Bu hədəflərə nail olmaq üçün gücümüzü işimizə verdiyimiz əməkdən, işlərimizi qanunlara uyğun olaraq icra etməkdən, məlumat və təcrübəmizdən, ən başlıcası isə qardaşlıq münasibəti ilə bir-birinə möhkəm bağlanmış dövlətlərimizdən alırıq. Yolumuz uzun və mürəkkəbdir. Ancaq ümidimiz həmişəkindən daha çoxdur..Güclüyük, daha da güçlü olacağıq. Öz gücümüzlə ölkələrimizə güc qatacağımıza, Azərbaycan güclü olarsa Türkiyə, Türkiyə güclü olarsa Azərbaycanın güclü olacağına inanırıq. Yolumuz açıq olsun...