Xəbərlər
Türkiyə Parlamentində Xocalı heyəti belə salamlandı — FOTO / VİDEO
23.02.2018
Türkiyə Parlamentində Xocalı heyəti belə salamlandı — FOTO / VİDEO

 Bu gün Türkiyə Böyük Millət Məclisinin növbəti iclasında Xocalı faciəsindən danışılıb.

 

Yenicag xəbər verir ki, iclasda Xocalının millət vəkili Elman Məmmədov, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Hüseyin Büyükfırat və Xocalı sakinləri iştirak edib. Çıxış edən parlament sədrinin vəkili Əhməd Aydın Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar Ankarada olan və eyni zamanda TBMM-nin iclasında iştirak edən Azərbaycanın nümayəndə heyətini salamlayıb.

O, çıxışı zamanı Xocalı qətliamını ən sərt şəkildə qınayıb, faciə qurbanlarına Allahdan rəhmət diləyib. Bundan başqa Əhməd Aydın çıxışında Azərbaycanın acısının Türkiyənin acısı olduğunu da xatırladıb. Qeyd edək ki, TÜİB-in təşkilatçılığl ilə Ankarada görüşlər keçirən nümayəndə heyətinin parlamentdə yüksək səviyyədə qarşılanmasında, görüşlərin keçirilməsində, Rəcəb Tayyib Ərdoğanın Xocalı ilə bağlı çıxış mətninin hazırlamasında, o cümlədən də digər partiyalara “Xocalı həftəsi”nin xatırladılmasında Əhməd Aydının müstəsna xidmətləri olub.

Məclisdən sonra TBMM sədrinin vəkili Əhməd Aydın Xocalı Heyətini qəbul edib.

 

 

Xatırladaq ki, Əhməd Aydın eyni zamanda TÜİB başqanı Hüseyin Büyükfıratın yaxın qohumudur.Yenicag-a istinadən xəbər verir ki, iclasda Xocalının millət vəkili Elman Məmmədov, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Hüseyin Büyükfırat və Xocalı sakinləri iştirak edib. Çıxış edən parlament sədrinin vəkili Əhməd Aydın Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar Ankarada olan və eyni zamanda TBMM-nin iclasında iştirak edən Azərbaycanın nümayəndə heyətini salamlayıb.

O, çıxışı zamanı Xocalı qətliamını ən sərt şəkildə qınayıb, faciə qurbanlarına Allahdan rəhmət diləyib. Bundan başqa Əhməd Aydın çıxışında Azərbaycanın acısının Türkiyənin acısı olduğunu da xatırladıb. Qeyd edək ki, TÜİB-in təşkilatçılığl ilə Ankarada görüşlər keçirən nümayəndə heyətinin parlamentdə yüksək səviyyədə qarşılanmasında, görüşlərin keçirilməsində, Rəcəb Tayyib Ərdoğanın Xocalı ilə bağlı çıxış mətninin hazırlamasında, o cümlədən də digər partiyalara “Xocalı həftəsi”nin xatırladılmasında Əhməd Aydının müstəsna xidmətləri olub.

Məclisdən sonra TBMM sədrinin vəkili Əhməd Aydın Xocalı Heyətini qəbul edib.

 

Xatırladaq ki, Əhməd Aydın eyni zamanda TÜİB başqanı Hüseyin Büyükfıratın yaxın qohumudur.