Xəbərlər
Ordinarius-professor,arxeoloq HARALD HAUPTMAN TÜİB-in dəvəti ilə Bakıdadır
26.02.2018
Ordinarius-professor,arxeoloq HARALD HAUPTMAN TÜİB-in dəvəti ilə Bakıdadır

 

“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” olaraq

25 Fevral – 3 Mart 2018 tarixləri arasında, Türkiyədən Pakistana qədər bir çox önəmli arxeoloji qazıntılar etmiş Ordinarius-professor,arxeoloq HARALD HAUPTMANNI, Azərbaycanda qonaq edəcəyik və bununla biz fəxr edirik. 

  Türkiyənin Azərbaycandakı Səfirliyinin böyük dəstəyi və köməyi sayəsində artıq Bakıda olan professor TÜİB sədri və Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşəcək. Bununla yanaşı arxeoloq Elmlər Akademiyasında və ADA Universitetində toplantılarda iştirak edəcək. HARALD HAUPTMANNIN Qobustan və Qubaya səfər, həmçinin Arxeoloji muzeyə və Şirvanşahlar sarayına da gəzintisi planlaşdırılıb.

Tuebingen, Saarbruecken ve Heidelberg kimi prestijli üniversitetlərdə təhsil alan, Heidelberg Üniversitetinin Ordinarius Professorluğunu və Heidelberg Üniversitetinin Fəxri Professorluq adlarına nail olub. Onun aşğıdakı nailiyyətləri, təltifləri mövcuddur. 

HARALD HAUPTMAN bu kimi uğurlara sahibdir.

Türkiyə Boğazköy-Hattusadakı qazıntılar: Yarıkkaya 

Keban Layihəsi: Norşuntəpə Körtəpə Yəməndəki Arxeoloji və Müzeylər üçün UNESCO məsləhətləri

Aşağı Fırat Nehri Layihəsi Lidar-Höyük qazıntıları (Titriş Höyük-Ölükənd Şanlıurfa Göbəkli təpə çevrəsi Almaniya Arxeoloji Araşdırma şöbəsi

Pakistan-Almaniya, Şimali Pakistan ərazisində tədqiqat işində liderlik

Arxeoloji Baltistan(Pakistan) Gerda Henkel İnstitutunun tarixi üçün çox vacib olan qazıntılarda vəzifələr, Almaniya Berlin Arxeologiya İnstitutu,

Heidelberg Elmi və Humanitar Elmləri,                                     

Avstriya Arxeologiya İnstitutu, Vyana Elmlər və İncəsənət Akademiyası, Beograd Rumıniya Antik Trakya İnstitutu, Bükreş     

Türk Antik Elmləri İnstitutu,  İstanbul-Almaniya Elm və Sənət Akademiyası, Münxen fəxri üzvlüyü olan

Almaniya Federativ Respublikasının Yüksək Xidmət Medalı (1998)

Böyük Südet Alman Mədəniyyət Mükafatı (2002)

Fransa Universitetinin Sərəncamı, Paris

Pakistan İslam Respublikasının üstün xidmət mükafatı (2009)