Xəbərlər
Pulsuz təhsil, yeni müəssisələr və iş yerləri
06.08.2018
Pulsuz təhsil, yeni müəssisələr və iş yerləri

 

 

Türk biznesi Cocuq Mərcanlını belə inkişaf etdirir 

 

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində istixana və arıçılıq təsərrüfatları yaradılıb. Bununla bağlı iqtisadiyyat naziri Şahin Mustafayev və Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfıratın rəhbərlik etdiyi birgə nümayəndə heyəti kəndə səfər edib.

 

Görüntünün olası içeriği: 10 kişi, gülümseyen insanlar, ayakta duran insanlar, takım elbise, düğün ve açık hava

 

Kəndin inkişafı üçün birgə hazırlanan dirçəlmə layihəsinə əsasən, kənddə bir neçə biznes sahəsi yaradılacaq. Söhbət, arıçılıq, heyvandarlıq, istixana təsərrüfatlarının yaradılmasından, eləcə də suvenir müəssisəsinin açılmasından gedir. Hesablamalar göstərir ki, bu müəssisələr nəinki yerli əhalinin işlə təmin olunmasına, eləcə də yaxşı gətirərək əhalinin gəlirlərinin artmasına kömək edəcək. Artıq iyulun 27-də yeni yaradılmış istixana və arıçılıq təsərrüfatları Cocuq Mərcanlı sakinlərinin istifadəsinə verilib.

 

2400 kvadratmetr istixana yaradılıb

 

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 15 ədəd hər biri 160 kvadratmetr sahəyə malik polietilen örtüklü tunel tipli istixanalar qurulub. İstixanalar damcı suvarma sistemi ilə təchiz olunub, istifadəçilərə toxum, gübrə və pestisidlər, bitkilərə qulluq üçün alət və avadanlıqlar verilib. Bunlarla yanaşı, layihə iştirakçılarına tərəvəzin becərilməsi ilə bağlı 3 ay müddətində təlim və məsləhət xidməti göstəriləcək.

 

Hər ailəyə 10 arı ailəsi verilib

 

Birgə həyata keçirilən layihələr çərçivəsində həmçinin, Cocuq Mərcanlıda 15 ailənin hər birinə 10 arı ailəsi olmaqla 150 arı ailəsi verilib. Arı təsərrüfatlarının hər biri 10 ədəd ikimərtəbəli iyirmi çərçivəli yeşiklə, arıçılıq avadanlıqları və materiallarla (gəzdirmə qutusu, qəfəs, fırça, arıcı libası və s.), xəstəliklərə qarşı dərman vasitələri ilə təmin olunub. Birgə layihənin birinci mərhələsi çərçivəsində 30-dan çox Cocuq Mərcanlı sakininin məşğulluğu təmin edilib.

 

Görüntünün olası içeriği: 4 kişi, ayakta duran insanlar, takım elbise, düğün ve açık hava

 

«Made in Jojuq Ğarjanli» suvenirləri burazılacaq

 

Cocuq Mərcanlıda Türkiyə ilə reallaşacaq ən maraqlı layihələrdən biri "Cocuq Mərcanlı" suvenirlərinin istehsalı olacaq. Artıq suvenir isteşsalı müəssisəsinin tikintisinə başlanıb. Müəssisənin bu ilin sonuna istifadəyə verilməsi nəzərdə tutulur, burada istehsal sahəsi, sərgi zalı, yeməkxana və s. Olacaq. Burada istehsal olunacaq məhsullar "Cocuq Mərcanlı" brendi ilə satışa çıxarılacaq.

H.Büyükfıratın sözlərinə görə, müəssisədə çox keyfiyyətli suvenirlər buraxılacaq: «Biz bununla bağlı, bu sahədə Türkiyənin ən yaxşısı sayılan  Çanakkale 18 mart universitetinə müraciət etdik və onlar bizə hər cür dəstək verəcəklərini bildirdilər». Bu məqsədlə universitetin mütəxəsisləri Türkiyədən Azərbaycana gələcək və suvenirlərin üzərində istifadə edilmək üçün Azərbaycan, Qarabağ motivləri çıxaracaqlar. Həmin motivlər Cocuq Mərcanlıda istehsal olunacaq çini və şüşə suvenirlərin üzərində istifadə ediləcək. Suvenirlərin üzərində Cocuq Mərcanlı loqosu da olacaq. «Həmin suvenirlər çox rahat bir şəkildə nazirliklərin və digər dövlət qurumlarının hədiyyələşmə işlərində istifadə edilə biləcək: «Çünki Türkiyədə də Çanakkale univesitetinin belə məhsulları yüksək məmurlar tərəfindən hədiyyələşmədə istifadə edilir»-deyir H.Büyükfırat.

Qarşıdakı dövrdə isə Cocuq Mərcanlı məhsullarının hava limanındakı mağazalarda və alış-veriş mərkəzlərində də satışa çıxarmaq planları var.

 

Görüntünün olası içeriği: 11 kişi, ayakta duran insanlar ve takım elbise 

 

Heyvandarlıq və süd məhsulları isteşsalı

 

Bunlarla yanaşı, Cocuq Mərcanlıda Türkiyə ilə daha bir birgə layihə çərçivəsində ilkin mərhələdə 150 başlıq cins heyvandarlıq kompleksinin yaradılması işlərinə başlanılıb. Birgə layihələrdə Türkiyəli mütəxəssislərin təcrübəsindən də istifadə olunacaq. Cocuq Mərcanlıda buraxılacaq süd və ərzaq məhsulları da eyni qaydada Cocuq Mərcanlı loqosu ilə bütün marketlərdə satışa çıxarılacaq. Bu da Azərbaycanda və bu məhsulların göndərilə biləcəyi ölkələrdə Cocuq Mərcanlını məşhurlaşdıracaq, onun Azərbaycan torpağı kimi tanınmasına kömək edəcək.

Bundan başqa, bir sıra böyük firmalar, məsələn, «Azərsun» və «Atena» öz məhsullarını, o cümlədən kənd təsərrüfatı məhsullarını müəyyən dövrlərdə Cocuq Mərcanlı loqosu ilə satışa çıxaracaqlar və o satışdan gələn pay yenə də Cocuq Mərcanlı Fonduna yönəldiləcək. Bu da kəndi xatırlatmaq və onlara maddi dəstək məqsədi daşıyır.

 

Görüntünün olası içeriği: gökyüzü ve açık hava

 

Türkiyədən Cocuq Mərcanlılara - PULSUZ TƏHSİL DƏSTƏYİ

 

Həyata keçirilən layihələr, xüsusilə də heyvandarlıq təsərrüfatlarının qurulması Cocuq Mərcanlıda aqrar sahə üzrə mütəxəsislərə ehtiyacı artıracaq. Bunu nəzərə alaraq kənd sakinləri arasında kənd təsərrüfatı sahəsində çalışmaq üçün mütəxəssislərin hazırlanmasına qərar verilib: «Biz kənd sakinlərindən veterinar və baytarlıq ixtisası üzrə mütəxəssisləri oxutmağı qərara almışıq və onların Türkiyədə təhsili təşkil ediləcək. Artıq kənddən olan iki tələbənin Türkiyənin Urfa şəhərindəki Harran Kniversitetində dövlət hesabına təhsil alması üçün razılıq var». Daha iki tələbə isə Bursadakı Uludağ universitetində pulsuz, dölət hesabına  təşsil alacaqlar. Tələbələr təhsildən sonra kəndə qayıdaraq kənd təsərüfatı sahəsində peşəkar şəkildə kəndin inkişafına dəstək verəcəklər.