Xəbərlər
TÜİB-in İnşaat Komissiyasının toplantısı keçirilib
25.01.2019
 TÜİB-in İnşaat Komissiyasının toplantısı keçirilib
   Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) tərkibində fəaliyyət göstərən ixtisas komissiyalarının toplantılarına start verilib. Yanvarın 23-də TÜİB ofisində İnşaat Komissiyasının toplantısı keçirilib. 

  Tolga Küçükavşarın sədr olduğu komissiyanın üzvləri sırasında ölkəmizdə inşaat, tikinti materialları istehsalı və tikinti avadanlıqları sahəsində fəaliyyət göstərən türk iş adamları və idarəçilər var. 

 Toplantıda Azərbaycanın tikinti sektorundakı vəziyyət,  bu sahədə reallaşdırılan layihələr müzakirə edilib. Son vaxtlar bu sahədə həyata keçirilən islahatlar, yaradılan biznes şərait də diqqət mərkəzində olub. Komissiya üzvlərinin müzakirələrində tikinti materiallarının istehsalı, daxili tələbatın yerli istehsalla ödənilməsi kimi məsələlərə də toxunulub. 

 Qeyd edək ki, ixtisas komissiyalarının toplantılarında məqsəd ölkə iqtisadiyyatı, iqtisadiyyatın ayrı-ayrı sektorları, respublikadakı biznes mühit və yaradılan imkanlarla bağlı müzakirələr keçirmək, iş adamları üçün faydalı olan icmallar hazırlamaqdır. 
TÜİB-in tərkibində fəaliyyət göstərən digər ixtisas komissiyalarının da toplantıları keçiriləcək.