Xəbərlər
Çanaqqala zəfərinin 104 illiyi qeyd edildi - FOTOLAR
18.03.2019
Çanaqqala zəfərinin 104 illiyi qeyd edildi - FOTOLAR

Bu gün Çanaqqala zəfərinin 104-cü il dönümüdür.

 

Bu günlə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyi Bakıdakı "Türk şəhidliyi” Abidəsi önündə Çanaqqala şəhidlərini anım tədbiri keçirib.

 

“Türk şəhidliyi"ndə keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral,  KKTC-nin Azərbaycan nümayəndəsi Ufuk Turganer, TÜİB sədri Hüseyin Büyükfırat, Türkiyənin Azərbaycandakı digər rəsmi nümayəndələri, müşavirlər, ateşelər, iş adamları iştirak edib.

 

Tədbir Azərbaycan və Türkiyə himnlərinin səsləndirlməsi başlayıb. Daha sonra səfir erkan Özoral "Türk şəhidliyi"nin üzərinə əklil qoyub, xatirə kitabına ürək sözlərini yazıb.

 

Tədbir iştirakçıları daha sonra Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin məzarı üzərinə gül, əbədi məşəlin qarşısına isə əklil qoyulub.