Xəbərlər
TÜİB üzvləri Gəncədə - FOTO
26.04.2019
TÜİB üzvləri Gəncədə - FOTO

 25 aprel Sahibkarlar Gününündə TÜİB üzvləri Türkiyə Cumhuriyyətinin Gəncə Baş Konsulluğunun təşkil etdiyi işgüzar səfərə qoşulublar. Səfər çərçivəsində Gəncə şəhər Heydər Əliyev Mərkəzində iş adamları ilə miqrasiya xidmətinin, gömrük xidmətinin və ərazi vergilər departamentinin rəhbərləri, habelə Gəncə İcra hakimiyyəti başçısı və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri ilə görüş baş tutub. Sadalanan strukturların vəzifəli şəxsləri yerli və türkiyəli iş adamlarının işgüzar fəaliyyətində qarşılaşdıqları problemləri müzakirə edib, sualları cavablandırıb, həmçinin bəzi məsələləri qeydə alıblar. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin səlahiyyətli nümayəndəsi təşkilat haqqında iş adamlarını maarifləndirərək investisiya imkanlarından xəbər verib. Görüşün rəsmi hissəsi yekunlaşdıqdan sonra heyət Gəncə şəhərində sənaye-ticarət obyektləri ilə tanış olublar. Səfər Gəncədə Nuri Paşanın ev-muzeyini, Nizami məqbərəsini, İmamzadə türbəsini ziyarətlə davam edib.