Xəbərlər
TÜİB rəhbərliyi Milli Məclisdə görüş keçirdi - Foto
15.05.2019
TÜİB rəhbərliyi Milli Məclisdə görüş keçirdi - Foto

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) İdarə Heyəti Milli Məclisinin Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov tərəfindən qəbul edilib.

 

Milli Məclisdə keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub və qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə yönəlik fikir mübadiləsi aparılıb.

 

TÜİB sədri Hüseyin Büyükfırat Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədrinə təşkilatın fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

 

Tərəflər belə görüşlərin davamlı şəkildə təşkil olunmasının əhəmiyyətini  vurğulayaraq, faydalı təkliflərin  həyata keçməsi üçün birgə səylər göstərilməsinin vacibliyini bildiriblər.