Xəbərlər
Türkiyənin Azərbaycandakı hərbi atteşesi və əmniyyət müşaviri TÜİB-i ziyarət etdilər
17.05.2019
Türkiyənin Azərbaycandakı hərbi atteşesi və əmniyyət müşaviri TÜİB-i ziyarət etdilər
Bu gün Türkiyə Silahlı Qüvvələrinin Bakı attaşesi, tuğgeneral İsmayıl Haqqı Kösealı və əmniyyət müşaviri Mehmet Tomruk TÜİB Baş Ofisini ziyarət ediblər. 
 
Türkiyə Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Hüseyin Büyükfırat tərəfindən qonaqlara birlik haqqında müfəssəl məlumat verilib. 
 
Attaşe və müşavir də öz növbələrində Türkiyənin Azərbaycandakı könül elçilərinin birləşdiyi TÜİB-ə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.