Xəbərlər
Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin heyəti TÜİB-i ziyarət etdi
17.05.2019
Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin heyəti TÜİB-i ziyarət etdi

 Bu həftə Bakı Ekspo Mərkəzində keçirilən regionun ən genişmiqyaslı və ən çox ziyarət edilən sərgilərindən biri - 13-cü Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı Caspian Agro sərgisində iştirak etmək üçün qardaş ölkədən Azərbaycana təşrif buyuran Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin heyət üzvləri TÜİB Baş Ofisini ziyarət ediblər. 

 
Türkiyə Kənd Təsərrüfatı Nazirliyinə bağlı Atatürk Orman Ciftliyi müdürü Yener Yıldırım, adı çəkilən nazirliyin Bitkisəl İstehsal İdarəsinin baş direktoru Fuad Fikret Aktaş və  nazirliyin önəmli mühəndislərindən Gülperi Taşlıyurtın daxil olduğu heyətə Türkiyə İş Adamları və Sənayeçilər İctimai Birliyi ilə bağlı məlumat verilib. 
 
TÜİB sədri Hüseyin Büyükfırat təşkilatın kənd təsərrüfatı sahəsindəki işlərindən bəhs edib, xüsusilə, Dağlıq Qarabağın işğaldan azad olunan Cocuq Mərcanlı kəndində görülən işlərlə bağlı qonaqları bilgiləndirib. 
 
TÜİB ilə Türkiyə Kənd Təsərrüfatı Nazirliyi arasında təşkilatın yarandığı dövrdən bəri qurulan işgüzar münasibətin davam etdiyindən məmnunluğunu ifadə edən qonaqlar gələcəkdə də Azərbaycanda bu platforma çərçivəsində ortaq işlər görməkdə maraqlı olduqlarını bildiriblər.