Xəbərlər
TÜİB rəhbərliyi “Skylife Travel” şirkətini ziyarət etdi
22.06.2019
TÜİB rəhbərliyi  “Skylife Travel” şirkətini ziyarət etdi

 Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) rəhbərliyi üzv ziyarətlərini davam etdirir. Bu münasibətlə, TÜİB sədri Hüseyin Büyükfırat “Skylife Travel” şirkətinin sahibi Hakan Evseni ziyarət edib.  

Görüşdə iqtisadiyyat sahəsindəki yeniliklər və işgüzar problemlər müzakirə olunub, həmçinin qarşılıqlı münasibətlərdən məmnunluq ifadə edilib.   
 
Görüşdə H.Büyükfıratı baş koordinator Məhsəti Xəlilova və ictimaiyyətlə əlaqələr üzrə menecer Rəna Qəribova müşaiyyət edib. 
 
Sonda xatirə fotosu çəkilib.