Xəbərlər
TÜİB işgüzar görüşlərə start verdi
08.07.2019
TÜİB işgüzar görüşlərə start verdi

Üzvlərimizlə rahat ortamda görüşmək, üzvlər arasında işgüzar əlaqələri inkişaf etdirmək və əlaqələndirmək, TÜİB fəaliyyətlərini anlatmaq, rəy və təkliflərinizi dinləmək məqsədilə, üzvlərimizlə hər ayın birinci cümə günü Ənənəvi İşgüzar Görüşlərin keçirilməsinə qərar verildi. 

 

İlk Ənənəvi İşgüzar Görüş 5 iyulda TÜİB-in baş ofisində keçirildi. 

 

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özaralın da iştirak etdiyi İşgüzar Görüş çərçivəsində yeni üzvlərə plaketlər təqdim edildi və xatirə şəkilləri çəkildi. 

 

Şəkilləri bu linkdən əldə edə bilərsiniz:

https://www.facebook.com/1907389189482449/posts/2445088935712469?s=1615636888&sfns=mo