Xəbərlər
Türk Hava Yolları ilə BMT Sivilizasiyalar Alyansı arasında müqavilə
03.10.2019
Türk Hava Yolları ilə BMT Sivilizasiyalar Alyansı arasında müqavilə

Türk Hava Yolları Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansı ilə əməkdaşlığa dair müqavilə  imzalayıb.

  “Sülh naminə idman mükafatları” adlı layihənin imzalanma mərasimi 24 sentyabr tarixində Nyu Yorkda, BMT-in qərargahında baş tutub.

Mərasimdə Türkiyə prezidenti Rәcәb Tayyib Әrdoğan və BMT-in baş katibi Antonio Quterreş iştirak edib. Müqaviləni Türk Hava Yolları tərəfindən şirkətin idarə heyəti və icraçı komitəsinin rəhbəri İlker Aycı və BMT-nin mədəniyyətlər ittifaqı üzrə ali nümayəndəsi Miqel Moratinos imzalayıblar.

“Türk Hava Yolları” dünya ictimaiyyətinin diqqətini çəkmək üçün BMT-in Sivilizasiyalar Alyansı ilə birlikdə insanlar və xalqlar arasında sülh mədəniyyətini təbliğ etmək missiyasını öz üzərinə götürür. “Sülh naminə idman mükafatları” adlı ortaq layihə idmanın birləşdirici və ilhamlandırıcı gücündən yararlanaraq, insanlar arasında sülhsevər cəmiyyətin təbliği məqsədini daşıyır. Layihə çərçivəsində beynəlxalq münsiflər heyəti tərəfindən seçilmiş şəxslərə “Sülh və inkişaf naminə idman” mükafatları təqdim olunacaq. İdman, incəsənət və biznes aləminin aparıcı adları qlobal imkanlar və problemlərə diqqət çəkmək üçün  bir araya gələcəklər.

İ.Aycı bildirib ki, təmsil etdiyi şirkət 126 ölkənin 316 məntəqəsinə uçuşlar həyata keçirərək daşınma funksiyasını uğurlar yerinə yetirir: “Fərqli cəmiyyətləri və mədəniyyətləri birləşdiririk. Bu missiyamızı daha da uğurla həyata keçirmək üçün innovativ və perspektivli layihələr üzərində işləyirik. Həm yerli, həm də qlobal səviyyədə idman dəstəkliyicisi kimi tanınan “Tük Hava Yolları” olaraq idmanın birləşdirici gücünə inanırıq. Buna görə də idmanın dəstəyi ilə 2030-cu ilə qədər dayanıqlı inkişafın 17 məqsədinə çatacağımıza əminik. “Sülh naminə idman mükafatları” layihəsinin tərəfdaşı kimi missiyamızın bütün hədəflərinə çatacağına, dünya ictimaiyyətinin marağını çəkəcəyinə əminik”.

“Türk Hava Yolları” və BMT-in Sivilizasiyalar Alyansı dayanıqlı inkişaf naminə dövlət və özəl biznes arasında tərəfdaşlıq əlaqələrinin əhəmiyyətini əyani olaraq göstərir. Bayraq daşıyıcısı layihənin kommunikasiya və media strategiyasında fəal iştirak edərək, onun həm yerli, həm də qlobal səviyyədə auditoriyasının genişlənməsi üçün çalışacaq”, - İ.Aycı deyib.

525.az