Xəbərlər
Coca-Cola əhəmiyyətli addım atdı – Su qablarını okeandan toplayacaq
07.10.2019
Coca-Cola əhəmiyyətli addım atdı – Su qablarını okeandan toplayacaq

 Dünyanın ən böyük şirkətlərindən biri olan Coca-Cola ətraf mühitin qorunması baxımından əhəmiyyətli bir addım atıb. Fins.az xəbər verir ki, şirkət okeandan yığılan şüşələri xüsusi bir əməliyyatla təkrar emal edərək yenidən istifadəyə verəcək.

Könüllülər yeni layihəni həyata keçirmək üçün İspaniya və Portuqaliyadakı 84 çimərlikdən butulkalar toplayıblar. Bundan əlavə, balıqçı gəmiləri tərəfindən yığılan tullantı şüşələr də layihəyə daxil edilib.

 

Layihənin həyata keçirilməsində məqsəd plastiklərin istifadəsini ildə 200.000 ton azaltmaqdır.

Coca-Cola şirkəti bu işi yalnız şou üçün etmədiyini açıqlayıb. Həmçinin şirkət gələcəkdə məhsullarının hamısının bərpa olunan materiallardan hazırlanan paketlərdə satmaq istədiyini bildirib.