Xəbərlər
Azərbaycandakı Türkiyə bankı qiymətli kağızlara – İNVESTİSİYANI ARTIRIB
09.10.2019
Azərbaycandakı Türkiyə bankı qiymətli kağızlara – İNVESTİSİYANI ARTIRIB

 “Ziraat Bank Azərbaycan” qiymətli kağızlara investisiyanı artırıb.

 

FED.az xəbər verər ki, bankın yanvar-sentyabr aylarına olan maliyyə hesabatına görə, aktivlərindən qiymətli kağızlara 9 mln 90 min manat investisiya edib . Bu məbləğ  ötən ilin eyni dövrü ilə müqayisədə 2.25 dəfə çoxdur. Belə ki, 2018-ci ilin 9 ayında bankın qiymətli kağızlara etdiyi investisiyanın məbləği 4 mln 37 min manat olub.

Məlumat üçün bildirək ki, bu ilin 9 ayında bankına ktivləri 227 mln 811 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,73% çoxdur.