Xəbərlər
Ukrayna və Türkiyə şirkətləri hərbi radiostansiyanın alınmasına dair saziş imzalayıblar
10.10.2019
Ukrayna və Türkiyə şirkətləri hərbi radiostansiyanın alınmasına dair saziş imzalayıblar

 Ukraynanın “Spetstexnieksport” dövlət şirkəti Kiyevdə keçirilən “Silahlar və təhlükəsizlik - 2019” sərgisi çərçivəsində Türkiyənin “Aselsan” şirkəti ilə 6 milyon dollar dəyərində UKB radiostansiyasının alınması barədə saziş imzalayıb.

Bu barədə Azərtac“Ukroboronprom”un saytına istinadla xəbər verir.

Türkiyə istehsalı olan hərbi radiostansiya Ukrayna ordusuna 2020-ci il ərzində çatdırılacaq. Bu radio sistem Ukrayna Müdafiə Nazirliyi üçün rabitə sahəsində yeni texnologiyanın tətbiqinə imkan verəcək.

 
13.01.2022
“Azərsun Holdinq”in Sınaq Laboratoriyası ölkəmiz adına növbəti uğura imza atıb. Üzərində “Made in Azerbaijan” yazısını şərəflə daşıyaraq dünyanın 40-dan artıq ölkəsinə ixrac edilən məhsulların istehsalçısı olan şirkətlər qrupu Almaniyada təşkil edilmiş, 31 ölkədən dünyanın ən güclü 128 laboratoriyasının iştirak etdiyi 27-ci laboratoriyalararası qarşılıqlı sınaqlarda iştirak edib.