Xəbərlər
"Azərbaycan Sənaye Bankı" ASC işçi yığmağa - BAŞLAYIB - VAKANSİYALAR
14.10.2019
"Azərbaycan Sənaye Bankı" ASC işçi yığmağa - BAŞLAYIB - VAKANSİYALAR

 IT Database Administrator

Əsas tələblər:

- Liderlik qabilyyəti, ünsiyyət və komandada işləmək bacarıqları;
- Minumum 3 il Database inzibatçısı üzrə iş təcrübəsi;
- Ali təhsil (texniki sahə üzrə);
- Azərbaycan və ingilis dili bilikləri;
- Database miqrasiyası, ehtiyat mərkəzinin qurulması layihələrində iş təcrübəsi (HA, DR bacarıqları);
- Microsoft serverlərlə lisenziyalaşma barədə geniş məlumat;
- SQL, MSSQL, MYSQL sistemlərində peşəkar biliklər və sertifikatlar;
- T-SQL, PL-SQL üzrə biliklər;
- OracleDB barədə təcrübə və məlumat;
- DB development, optimizasiya və problem həll etmə bacarığı.

Arzuolunan:

- Programlaşdırma dillərində peşəkarlıq (C sharp, C, Python);
- Apache və İİS, web application sahələrində təcrübə;
- Şəbəkənin əsasları.

Vəzifə və öhdəliklər:

- Məlumat bazalarının işinin təşkilini, dəyişikliklərini və dayanıqlığını təmin edilməsi;
- Arxivləşdirilmənin və bazaya xidmətin avtomatlaşdırılması;
- Məlumat bazalarının monitoringi və fasiləsiz işinin təşkili;
- Yeni məlumat bazalarının qurulması və sazlanması;
- Serverlərin və bazaların əməliyyat sistemlərinin dayanma olmadan yenilənməsi, planlanması;
- Məlumat bazaları üzrə lisenziyalaşdırma və planlaşdırma;
- Məlumat bazalarının köçürülməsi və ehtiyat mərkəzində qurulması işinin təşkili və planlanması;
- Baza hesabatlarının istifadəçilər üçün təmin edilməsi;
- Windows Server və aplikasiyaların işinin təşkili.

Əlavə məlumat:

- Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com və ya cv@asb.az elektron ünvanına göndərə bilərlər;
- Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Verilənlər bazası üzrə inzibatçı” göstərməyiniz xahiş olunur;
- CV-lər 11.11.2019-cu il tarixədək qəbul olunacaqdır.

 

 

İT Sistem Administratoru

Tələblər:

- Ali təhsil;
- Dərin analitik qabiliyyət, ünsiyyət və sərbəst problem həll etmə bacarığı;
- Windows servislərinin qurulmasında və idarə edilməsində dərin biliklər və təcrübə;
- Web applicationların qurulması (İİS) və idarəedilməsi sahəsində təcrübə;
- Kod analizi, web configlərin yazılması, HTML/XML dillərində biliklər;
- Windows PowerShell-də işləmək bacarığı;
- VMware, vCenter mühitlərinin qurulması və idarə edilməsi;
- Windows AD/Exchange serverlə iş təcrübəsi;
- Cisco ESA haqqında biliklər.

İş haqqında məlumat:

- İntervision/Corebanking infrastrukturunun idarə edilməsi;
- İntervision Serverler, database serverin iş prinsipinə nəzarət və yenilənmələri;
- Serverlər üzərində işləyən servislərin işinin təmini;
- IIS web configlərin idarə edilməsi;
- Windows server əməliyyat sitemlərində dəstək;
- AD/Exchange server inzibatçılığı;
- VMwar, VCenter mühitlərinin qurulması və idarə edilməsi;
- Arxivləmə işinin təşkili;
- Avadanlıqların əməliyyat sistemlərinə nəzarət.

Əlavə məlumat:

• Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com və ya cv@asb.az elektron ünvanına göndərə bilərlər.
• Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sistem administratoru” göstərməyiniz xahiş olunur;
• CV-lər 11.11.2019-cu il tarixədək qəbul olunacaqdır.

 

Kart Əməliyyatları və Sistem İnkişafı Departamentinin Kart Əməliyyatları Şöbəsinin aparıcı mütəxəssisi

Əsas tələblər:

• Ali təhsil (iqtisadi və/və ya texniki sahə üzrə);
• Analitik düşünmə, iş planlama qabiliyyəti;
• Ödəniş kartları sahəsində min. 3 il təcrübə;
• Visa və MasterCard ödəmə sistemləri üzrə sertifikatları olanlara üstünlük verilir;
• Kart əməliyyatları (front office-back office) haqqında biliklərin olması;
• SOAP UI və ya digər web servis proqramları haqqında biliklərin olması;
• MS SQL biliyi olanlara üstünlük verilir;
• MS Office (xüsusi ilə Excel bacarıqları);
• İngilis və rus dili bilənlərə üstünlük verilir;
• Stress altında işləmə bacarığı.

Vəzifə və öhdəliklər:

• Plastik Kartlarla bağlı saxtakarlıq və risk monitorinq sisteminin qurulmasını təşkil etmək və aktiv olaraq iştrak etmək;
• Plastik kartlarla əlaqədar əməliyyatları və müxabirləşmələri gündəlik yoxlayıb təsdiqlərini aparmaq;
• Plastik kartlar üzrə daxili və kənar təşkilatlar üçün hesabatlar hazırlayır vəvə ya həmin hesabatların hazırlanmasını təmin edir;
• Plastik Kart sistemləri üçün həyata keçirilən inkşaf layihələrində aktiv olaraq iştrak etmək;
• Kredit kartlara gələn reject əməliyyatlara nəzarət edərək əməliyyatların kartlarda əks olunması üçün Prosesinq Mərkəzi ilə əlaqə qurmaq;
• Bank ödəmə sistemi proseslərinin (Visa, Master, Milli Kart və BKM) ödəmə şəbəkələri qaydalarına uygun olaraq icra etmək və uyğunsuzluq müəyyən edildiyi təqdirdə aradan qaldırmaq;
• Bank ödəmə sistemi proseslərinin (Visa, Master, Milli Kart və BKM) üzrə müxabirləşmələri, kart proqramı və əsas bank proqramında icra etmək;
• Ödəmə sistemi prosesləri (Visa, Master, Milli Kart və BKM) ilə əlaqədar Beynəlxalq təlimlər haqqında məlumatı toplamaq və rəhbərliyə məlumat vermək və təlim təqviminə nəzarət etmək;
• İnternet və Mobil bankçılıq üçün yeni müştəri açılışı və şifrə sıfırlama proseslərinə nəzarət etmək;
• İnternet və Mobil Bankçılıq proseslərinin tarif və qaydalara uyğun olaraq işləməsini təmin etmək;
• Kart proqramında icra edilən mühasibatlıq düzəlişləri əməliyyatları üçün bank proqramında lazimi müxabirləşməni icra etmək və yoxlamaq;
• Visa və MasterCardın portallarını təqib etmək, çıxan yenilikləri tətbiq etmək;
• Kart proqramında mühasibatlıq düzəlişlərini icra etmək;
• POS müştərisi tələbi əsasında geri qaytarma və ləğv etmə əməliyyatlarını icra etmək;
• Filiallardan gələn tələblər əsasında plastik kartları sistemdə yaratmaq.

Əlavə məlumat:

- Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com və ya cv@asb.az elektron ünvanına göndərə bilərlər;
- Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kart Əməliyyatları Şöbəsinin aparıcı mütəxəssisi” göstərməyiniz xahiş olunur;
- CV-lər 11.11.2019-cu il tarixədək qəbul olunacaqdır.