Xəbərlər
Türkiyənin Azərbaycandakı yeni mətbuat müşaviri Hüseyn Altınalan kimdir?
17.10.2019
Türkiyənin Azərbaycandakı yeni mətbuat müşaviri Hüseyn Altınalan kimdir?

 

 Türkiyənin Azərbaycandakı səfirliyini yeni mətbuat müşviri təyin olunub.

  Bu şəxs Hüseyin Altınalandır.

H.Altınalan artıq bununla bağlı öz Twitter səhifəsində məlumat verib. O oktyabrın 11-dən etibarən Bakıdakı səfirlikdə fəaliyyətə başlayıb. 

Hüseyn Altınalın bu əzifəsinədək Anadolu Agentliyinin bölgə müdiri vəzifəsində çalışıb.

H.Altınalan Selçuk Universitetində bakalavr, Mərmərə Universitetində isə magist təhsilini alıb. Hazırda isə İstanbul Universitetinin Jurnalistika fakultəsində doktorluq dərəcəsi üçün təhsilini davam etdirir. 

Hüseyin Altınalan tələbə illərində müxtəlif media qurumlarında çalışıb. 2012-ci ildən etibarən Anadolu Agentliyində fəaliyyətə başlayıb.2015-ci ilədn isə İstanbul bölgə müdiri  vəzifəsində çalışıb. 

Qeyd edək ki,  H.Altınalan  Bakıda  6 il bu vəzifəni daşıyan Hamit Karadenizi əvəz edib.