Xəbərlər
Türkiyə Mərkəzi Bankının sorğusuna görə Türk Lirəsinin ucuzlaşacağı gözlənilir
18.10.2019
Türkiyə Mərkəzi Bankının sorğusuna görə Türk Lirəsinin ucuzlaşacağı gözlənilir

 Türkiyə Mərkəzi Bankı (TCMB) növbəti dəfə sorğu keçirib.

 

Sorğunun nəticəsinə görə, 2019-cu ilin sonunda Dollar/Türk Lirəsi (TL) məzənnəsinin 6.0473-ə yüksələcəyi gözlənilir. Əvvəlki sorğuya görə, 2019-cu il sonu Dollar/TL gözləntisi 6,00 TL idi.

 

"Marja" xəbər verir ki, 12 ay sonra üçün valyuta məzənnəsi gözləntisi isə 6,35 TL-dən 6,41 TL-yə yüksəlib.

 

Hazırda Dollar/TL məzənnəsi 5.78 səviyyələrindədir.