Xəbərlər
Prezident Baş Nazirin 2 müavinini vəzifəsindən azad etdi
21.10.2019
Prezident Baş Nazirin 2 müavinini vəzifəsindən azad etdi

 Prezident İlham Əliyev "Ə.Ş.Həsənovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında" Sərəncam imzalayıb.

 

 Sərəncama əsasən, Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilb.

 Həmçinin Prezident İlham Əliyev, "H.İ.Abutalıbovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında" sərəncam imzalayıb. 

 Sərəncam ilə, Hacıbala İbrahim oğl Abutalıbov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilib.

 Həmçinin Prezidenti İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənovu və Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizələri ilə əlaqədar qəbul edib.