Xəbərlər
Mehmet Cahit Turan: “BTQ ildə 17 mln. ton yük daşımaq gücünə malik olacaq”
23.10.2019
Mehmet Cahit Turan: “BTQ ildə 17 mln. ton yük daşımaq gücünə malik olacaq”

 “Bakı-Tbilisi-Qars dəmir yolunda ilk üç ildə illik olaraq 3 milyon tonluq yükün daşınacağı gözlənilir”.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, dəmir yolu layihəsi tam yekunlaşdırılandan sonra bu dəhliz vasitəsilə ildə 17 mln. ton yük daşımaq mümkün olacaq.

Nazir deyib ki, BTQ yalnız yük daşımaları üçün deyil, sərnişin daşımaları üçün də istifadə olunacaq: “Bu layihə bölgədə turizmi inkişaf etdirəcək. Bakı-Tbilisi-Qars dəmir yolu boyu yerləşən ölkələr və bölgə layihədən mənfəət əldə edəcək”.

"Bakı-Tbilisi-Qars yalnız ticarətə deyil, bölgədə turizmin inkişafına da töhfə verəcək".

Nazir deyib ki, BTQ yalnız Türkiyə, Azərbaycan və Gürcüstanın iqtisadi inkişafı üçün deyil, ümumilikdə, bölgədə iqtisadi inkişafa xidmət edəcək.

Onun sözlərinə görə, BTQ-nin sərnişin daşınmaları üçün istifadəsinə başlanılmasından sonra bu layihə bölgədə turizmin inkişafına da töhfə verəcək.

Rusiyanın BTQ-yə qoşulmasına gəlincə, nazir deyib ki, bu dəmir yolu layihəsi iqtisadi cəhətdən faydalıdır: "Bu dəhlizlə nə qədər çox yük daşınarsa, nə qədər çox ölkə qoşularsa, layihə daha da effektiv ola bilər”.