Xəbərlər
Prezident Mikayıl Cabbarovu - YENİ VƏZİFƏYƏ TƏYİN ETDİ
23.10.2019
Prezident Mikayıl Cabbarovu - YENİ VƏZİFƏYƏ TƏYİN ETDİ

 M.Ç.Cabbarovun Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti sərəncam imzalayıb.

FED.az xəbər verir ki, sərəncamda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2019-cu il.