Xəbərlər
Türk iş adamları Azərbaycana yatırım imkanlarını - MÜZAKİRƏ ETDİLƏR
26.11.2019
Türk iş adamları Azərbaycana yatırım imkanlarını - MÜZAKİRƏ ETDİLƏR

Noyabrın 12-də TÜİB-də Türkiyənin Hopa şəhərinin Ticarət və Sənaye Palatasının (Hopa TSO) nümayəndə heyəti ilə görüş keçirilib.

Hopa TSO nümayəndə heyəti Azərbaycanda bir neçə gün səfərdə olaraq müxtəlif təşkilatları ziyarət edib. Görüşlər zamanı Azərbaycan-Türkiyə iqtisadi əlaqələri, biznes əməkdaşlığı imkanları geniş müzakirə edilib.

TÜİB ziyarətində Hopa TSO üzvləri Azərbaycanda biznesə başlamaq və yatırım imkanları, son vaxtlar bu sahədə baş verən yeniliklər barədə müzakirə aparıblar.

Görüşə Ticarət Sənaye Palatasının rəhbərləri, o cümlədən, Hopa Tic. Odasının İdarə heyətinin sədri Osman Akyürek, Ardeşen Tic. Odasının İdarə heyətinin sədri İsmail Kuyumcu, Pazar Tic. Odasının İdarə heyətinin sədri Neşet Çakır, eləcə də Hopa Liman Genel Müdürü Meriç Özer, Motorlu Daşıyıcılar Kooperativi Rəhbəri Celil Yıldırım və digər firmaların təmsilçiləri qatılıb. Toplantıda Türkiyənin nəqliyyat və inşaat şirkətləri də iştirak edib.

Görüşdə TÜİB rəhbərliyi və üzvləri Azərbaycandakı biznes mühiti, burada ayrı-ayrı sahələrdə iş adamları üçün yaradılan imkanlar, dövlətin sahibkarlığa dəstək üçün layihələri barədə ətraflı məlumat veriblər. Tədbirdə çıxış edən TÜİB sədri Hüseyin Büyükfırat bildirib ki, son vaxtlar ölkədə dövlətin yaxından dəstəyi ilə islahatlar aparılır, sahibkarlar üçün iiş mühiti yaxşılaşdırılır, iş adamları ilə münasibətdə şəffaflıq artır. Xüsusilə Türkiyə vətəndaşları üçün vizaların qaldırılması türk iş adamlarının ölkəmizə gəlişini daha da asanlaşdıracaq və biznes əlaqələrin güclənməsinə böyük fayda verəcək.

Toplantıda Hopa TSO üzvləri Azərbaycanda müxtəlif sahələrdə yatırım imkanları ilə maraqlanıblar, onlara ətraflı izahatlar və məlumat verilib.

Toplantı iş adamları arasında B2B formatında danışıqlarla davam edib.