Xəbərlər
MUŞ TSO ÜZVLƏRİ İLƏ GÖRÜŞ
07.12.2019
MUŞ TSO ÜZVLƏRİ İLƏ GÖRÜŞ

 

6 dekabr 2019 tarixində Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları ilə Bakıda səfərdə olan Muş Ticarət və Sənaye Palatası  (Muş TSO) heyəti arasında işgüzar görüş keçirilib.

Mıdtown Otelin konfrans salonunda təşlkİl olunan görüşdə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctima Birliyi (TÜİB) və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) rəhbərləri və üzvləri iştirak ediblər.

Görüşdə Muş TSO İdarə Heyətinin sədri Erdal Koç  Muş TSO fəaliyyəti ilə əlaqədar məlumat verib və videoçarx nümayiş etdirilib.  TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və ATİB İdarə Heyətinin sədri Cemal Yangın çıxışlarında iş adamları arasında biznes əlaqələrinin qurulması, ixrac və investisiya imkanlarının artırılması, biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi üçün biznes-forum və işgüzar görüşlərin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Daha sonra hədiyyələr təqdim olunub və xatirə fotoları çəkdirilib.

Muş TSO-ya üzv sirkətlərin iştirakı ilə “Business to Business” (B2B) proqramı çərçivəsində işgüzar görüş keçirilib. Görüşlərdə əməkdaşlıq imkanları, bazardakı vəziyyət, investisiya mühiti kimi məsələlər müzakirə edilib və informasiya mübadiləsi aparılıb.