Xəbərlər
TÜİB Milli KSM Mükafatı 2019 tədbirində təmsil olunub
31.01.2020
TÜİB Milli KSM Mükafatı 2019 tədbirində təmsil olunub

 

TÜİB Ailəsinin iki dəyərli üzvü Səkinə Babayeva (BTF, AQSİA) və Şahanə Sarının (Proaktiv PR) düzənlədiyi bu möhtəşəm tədbirdə TÜİB-ə göstərdikləri diqqət üçün təşəkkür edirik.

Milli KSM Mükafatı 2019

 

 

 

            Korporativ Sosial Məsuliyyət (KSM) layihələrinin təşviqi üzrə dövlət siyasətinin və Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və PROAKTİV PR Agentliyi tərəfindən təşkil olunan “Milli KSM Mükafatı 2019” müsabiqəsinin qalibləri 24 yanvar 2020-ci tarixində  keçirilən tədbirdə açıqlanaraq təltif olunub.

            Müsabiqəyə təqdim olunan layihələr BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilən 17 məqsəd əsas götürülərək müvafiq komissiya tərəfindən qiymətləndirilib.

            Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev, “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, AQSİA-nın idarə heyətinin sədri Səkinə Babayeva, Şahanə Sarı (Proaktiv PR) və digər çıxışçılar ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən, aparılan islahatlardan, biznes mühitinin daim yaxşılaşmasından danışıblar.

                Tədbir çərçivəsində KSM Türkiyənin qurucusu, KSM Avropanın üzvü Serdar Dinler tərəfindən sahibkarlar üçün “Sosial təsdiq üçün trendlər” mövzusunda seminar təşkil edilib.

            Sonda iştirakçılar ilk dəfə təşkil edilən sosial sərgi ilə tanış olublar. TÜİB təşkil etdiyi sosial layihələrlə sərgidə iştirak edib. Sərgi iştirakçılarının diqqətini çəkən layihələrimiz haqqında TÜİB Baş koordinatoru Məhsəti Xəlilova geniş məlumat verib.