Xəbərlər
TÜİB idarə heyyətinin üzvləri birliyinin üzvlərini öz ofislərində ziyarət edib
25.02.2020
TÜİB idarə heyyətinin üzvləri birliyinin üzvlərini öz ofislərində ziyarət edib

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) idarə heyətinin üzvləri Selim Akbay, Ramiz Əliyev və TÜİB baş koordinatoru Məhsəti Xəlilova fevralın 4-də birliyin üzvləri Hasan Kılıç (Alltech Engineering MMC), Mustafa Çelenk (Axsis Aze MMC) və Ali Güngörü (Dilala MMC) öz şirkətlərində ziyarət ediblər.
Görüşlərdə TÜİB-in fəaliyyəti, təşkilat üzvləri ilə əlaqələr, ölkədəki biznes imkanları, fəaliyyətlərin daha da genişləndirilmə

si müzakirə edilib. Eləcə də görüşlər zamanı biznes üçün yaradılan imkanlar və üzv şirkətlərin fəaliyyəti diqqət mərkəzində olub.