Xəbərlər
Türkiyə Səfirliyinin ticarət müşaviri Ahmet Ataker TÜİB ofisini ziyarət etdi.
13.08.2020
Türkiyə Səfirliyinin ticarət müşaviri Ahmet Ataker TÜİB ofisini ziyarət etdi.

Azərbaycandakı vəzifə müddəti başa çatan Ticarət müşaviri Ahmet Atakeri TÜİB İdarə Heyətinin üzvləri Ramiz Əliyev, Selim Akbay və Ender Kavuk qəbul etdi. Görüşdə Azərbaycan-Türkiyə arasında ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı bu günə qədər görülən işlərdən, iş adamlarının iqtisadiyyatımıza verdiyi töhfələrdən və gələcək layihələrdən bəhs edildi.

TÜİB İH-nin üzvü Selim Akbay Azərbaycandakı diplomatik missiyası müddətində Azərbaycan-Türkiyə arasındakı ticari əməkdaşlığın dərinləşməsi istiqamətində kifayət qədər məhsuldar fəaliyyət göstərməsi,  xüsusilə işadamlarına verdikləri dəstəktən ötrü Ahmet Atakerə dərin təşəkkürünü bildirdi, gələcək iş həyatında müvəffəqiyyətlər arzuladı.

Səmimi keçən görüşün sonunda Ahmet Atakerə plaket təqdim olundu və xatirə fotoları çəkildi.