Xəbərlər
Bərdədə ŞƏHİD ailələri ziyarət edilir - FOTOLAR
22.12.2020
Bərdədə ŞƏHİD ailələri ziyarət edilir - FOTOLAR

 Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağrışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında TÜİB Başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılmış "Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində qardaş Türkiyənin  Diyanet İşleri Başkanlığı, Türkiyə  Diyanet Vakfının və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyinin hər tərəfli köməkliyi ilə altınci yardım aksiyası olaraq Bərdə şəhərini əhatə edən bütün şəhid və qazi ailələrimizin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılmasına start verdik. Bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında bizə  hər tərəfli şərait yaradan, ev sahibliyi edən, bizlərlə birlikdə şəhid və qazi ailələrimizi ziyarət edən Bərdə şəhər İcra Hakimiyyətinin Baçısı Vidadi İsayevə, Bərdə Seçki Dairəsindən Milli Məclisin deputatı Fatma Yıldırıma  xüsusi təşəkkürümüzü bildiririk.