Xəbərlər
Şimali Kipr Türk Cümhuriyyətinin Bakı Təmsilçisi Növber Ferit Veçhi TÜİB Ofisini ziyarət etdi
30.01.2021
Şimali Kipr Türk Cümhuriyyətinin Bakı Təmsilçisi Növber Ferit Veçhi TÜİB Ofisini ziyarət etdi

 Şimali Kipr Türk Cümhuriyyətinin Bakı Təmsilçisi Növber Ferit Veçhi TÜİB Ofisini ziyarət etdi. TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfıratla görüşdə TÜİB ilə münasibətlərin inkişafı, qarşıda duran fəaliyyət istiqamətləri, iki ölkə arasında ticari əlaqələrin daha da genişləndirilməsi ilə bağlı tövsiyə xarakterli təkliflər səsləndirildi və bir sıra məsələlər müzakirə olundu. Görüşdə həmçinin TÜİB İdarə heyətinin üzvü Selim Akbay və üzvümüz Lokman Biter də iştirak etdi.