Xəbərlər
"TƏK MİLLƏT TƏK ÜRƏK" Humanitar Platforması
30.01.2021
"TƏK MİLLƏT TƏK ÜRƏK" Humanitar Platforması

 Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağırışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında, TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılmış “Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində qardaş Türkiyədən vətənimizə gələn Bursa millət vəkili Osman Mesten, Cihannüma Dərnəyi Başqanı Mustafa Şen, Cihannüma İdarə Heyəti üzvləri Ömer Faruk Yelkenci, Yusuf Eren və elm, təhsil, mətbuat və ictimai sektordan olan insanların təmsil olunduğu böyük nümayəndə heyəti 20 yanvar tarixində vətənimizə gələrək Şəhidlər Xiyabanını ziyarət etmişlər, 21 yanvar tarixində Saatlı rayonuna yollanaraq İcra Hakimiyyəti başçısı Elmir Bağırov, Vətən Şavaşında Şəhid olmuş Axıska türklərinin ailələri ilə bərabər digər Şəhid ailələrimizlə də görüşmüşlər. Sonra Qazanbatan kəndində Axıskalıların ağsaqqalı Ənsar baba və Hacıqabul rayonunun Qubalı Baloğlan kəndində Qafqaz İslam Ordusunun əsgərlərinə aid məzarlığı qoruyaraq bu günə çatdıran Nigar nənəni ziyarət etmişlər. Daha sonra 22 yanvar tarixində Millət vəkili Ramil Həsən və TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat ilə görüşərək platforma çərçivəsində Şəhid və qazi ailələrimiz üçün bundan sonra təhsil və digər sahələrdə görüləcək işlər müzakirə edilmişdir.