Xəbərlər
"Tək Millət, Tək Ürək" Beynəlxalq Humanitar Platforması çərçivəsində Türkiyənin Sivas Universitetində təhsil alacaq qazilər, şəhid və qazi övladları Sivasa göndərildi.
27.09.2021
"Tək Millət, Tək Ürək" Beynəlxalq Humanitar Platforması çərçivəsində Türkiyənin Sivas Universitetində təhsil alacaq qazilər, şəhid və qazi övladları Sivasa göndərildi.

 27.09.2021- Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratın dəstəyi və təşkilatçılığı və Azərbaycan Respublikasının millət vəkili Ramil Həsənin təşəbbüsü ilə həyata keçirilən "Tək Millət, Tək Ürək" Beynəlxalq Humanitar Platforması çərçivəsində Türkiyənin Sivas Universitetində təhsil alacaq qazilər, şəhid və qazi övladları bu gün Türkiyəyə yola salındı. Bununla əlaqədar Türkiyənin Bakıdakı səfirliyində tədbir keçirildi. Tədbirdə Səfir Doç.Dr.Cahit Bağcı, TÜİB sədri Hüseyin Büyükfırat, millət vəkili Ramil Həsən, Yaşat Fondu rəhbəri Elvin Hüseynov, qeyri-hökumət təşkilatlarının nümayəndələri, qazi və şəhid yaxınları qatıldı.

Tədbirdəki çıxışında səfir Bağcı, bu günün 27 sentyabr 2020-ci ildə Ermənistanın işğal etdiyi torpaqların azad edilməsi uğrunda başladığı 44 günlük savaşın birinci ili olduğunu xatırlatdı və şəhidlərə rəhmət dilədi.
Türkiyəyə təhsil üçün gedən gənclərə uğurlar diləyən Bağcı, "Türkiyə sizi qucaqlayacaq. Türk millətinə əmanətsiniz. Azərbaycan və Türkiyə arasında inşa ediləcək yeni körpülərin ən əhəmiyyətli sütunlarından biri olacaqsınız ". dedi.
TÜİB sədri Hüseyin Büyükfırat, TÜİB üzvləri olaraq savaşın ilk günlərindən bu yana cəbhədə həyatını itirən insanlar üçün nələr edə biləcəklərini düşündüklərini və ilk növbədə şəhid ailələrini ziyarət etdiklərini söylədi.
Daha sonra fəaliyyətlərini genişləndirdiklərini, millət vəkili Ramil Həsənlə "Tək Millət, Tək Ürək" təşəbbüsünə başladıqlarını və təxminən 2 min şəhid ailəsi ilə görüşdüklərini qeyd etdi.
Təşəbbüsün daimi olması üçün təhsilin ən yaxşı yol olduğuna qərar verdiklərinə diqqət çəkən Büyükfirat, "Türkiyəyə təhsil üçün təxminən 200 tələbə göndərəcəyik. Tələbələri yalnız Türkiyəyə deyil, ŞKTC-yə də göndərəcəyik. Əslində biz şəhid ailələrinə kömək etmirik. Onlara borcluyuq. Bu ölkə üçün canlarını verdilər. Borcumuz bir ömür sürəcək. " dedi.
Millət vəkili Ramil Həsən də vətən uğrunda canlarını qurban verən şəhidləri rəhmət və ehtiramla andıqlarını bildirdi.
Azərbaycan ilə Türkiyə arasındakı birlik və qardaşlıqdan bəhs edən Həsən, bu birliyin bundan sonra da davam etdirilməsi lazım olduğunu vurğuladı.
" Tək Millət, Tək Ürək" təşəbbüsünün könüllü bir təşəbbüs olduğunu dilə gətirən Ramil Həsən, xüsusilə şəhid və qazi uşaqlarını qəbul edən Sivas Universitetinə və dəstək verən qurum və təşkilatlara təşəkkürünü bildirdi.
Bizdə öz novbəmizdə bu muqəddəs missiyada Sivas Cumhuriyet Üniversitesi , AnadoluJet, Sivas Valiliği , başda Necmeddin Taşbağ, Ehtiram Quliyev olmaqla yanımızda olan TÜİB ailəsinə dərin təşəkkürümüzü bildiririk.