Xəbərlər
TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov arasında işgüzar görüş
04.10.2021
TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun  İdarə Heyətinin sədri Himalay Məmişov arasında işgüzar görüş

 4 oktyabr 2021-ci ilin tarixində Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri (TÜİB) İctimai Birliyinin İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və TÜİB nümayəndələri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov arasında işgüzar görüş keçirilmişdir. Görüşün məqsədi sosial təminat sahəsində Fond və TÜİB arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması məsələlərinin müzakirəsindən ibarət olmuşdur.

Görüşdə sosial təminat sahəsində Fond və TÜİB arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Fondun sədri Himalay Məmişov sosial təminat sahəsində Azərbaycanda aparılan son islahatlar, görülən işlər, əhaliyə göstərilən elektron xidmətlər və prioritet hədəflər barədə məlumat verib. Ölkəmizdə proaktiv pensiya təyinatı, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi məsələlərinə toxunulub.
Hüseyin Büyükfırat təmsil etdiyi qurumun vəzifə və funksiyaları, ölkəmizdə həyata keçirilən layihələr barədə məlumat verib, sosial təminat sahəsində qabaqcıl beynəlxalq təcrübə, o cümlədən Türkiyə təcrübəsinin təşviqi işində Fondla əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.
Görüşdə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinə və qazilərə maddi-mənəvi yardımın göstərilməsi, bu istiqamətdə müxtəlif birgə layihələrin həyata keçirilməsi və əməli tədbirlərin təşkili məsələləri müzakirə edilib.
21.12.2021
Dekabrın 18-də Gəncə şəhərində «Gəncə İş Adamları» İctimai Birliyinin təqdimat mərasimi keçirilib.
17.12.2021
16 dekabr 2021-ci ilin tarixində Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri...
15.12.2021
15 dekabr 2021-ci il tarixində “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi...
17.11.2021
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi...
02.11.2021
02.11.2021 tarixində "Gəncə İş Adamları" İctimai Birıiyi (GİA) ilə TÜİB arasında görüş keçirilib.
27.10.2021
26 oktyabr 2021. Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan və Türkiyə prezidentlərinə...
22.10.2021
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı üzrə koordinatoru Fatih Yılmaz ...