Xəbərlər
Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Cocuq Mərcanlı Suvenir İstehsalı Müəssisəsinin tanıtımı
27.10.2021
Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Cocuq Mərcanlı Suvenir İstehsalı Müəssisəsinin tanıtımı

 26 oktyabr 2021. Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan və Türkiyə prezidentlərinə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyata keçirilən “Cocuq Mərcanlının İnkişafı” Layihəsi haqqında və TÜİB, TİKA və KOBİA-nın dəstəyi ilə yaradılmış Suvenir İstehsalı Müəssisəsi eyni zamanda istixana təsərrüfatı barədə məlumat verilmişdir.

TÜİB İdarə heyətinin sədri Hüseyin Büyükfıratın dəstəyi, Türkiyənin Azərbaycandakı sabiq səfiri cənab Erkan Özoralın himayəsi çərçivəsində həyata keçirilən layihəyə uyğun olaraq bu ərazilərdeə yenidən məskunlaşan ailələrin məşğulluğunun və sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş "Cocuq Mərcanlı İnkişafı Layihəsi", "Bir Millət, İki Dövlət" şüarının yalnız sözlə deyil, siyasətdən diplomatiyaya, enerjidən müdafiəyə hər sahədə hakim olduğunun bariz nümunəsidir.
Qeyd edək ki, 700 m2 sahədə inşa edilən “Suvenir İstehsalı Müəssisəsi” istehsal sahəsi, sərgi salonu, yeməkxana, mətbəx, texniki və inzibati otaqlardan ibarətdir. Bundan əlavə, istismar sahəsində 150 m3 tutumlu qazanxana, nasosxana, yanğın və işməli su hovuzu tikilmişdir. Müəssisədə suvenirlər istehsal olunacaq və bu məhsullar "Cocuq Mərcanlı" markası altında satılacaqdır.
F.B.H.L-nin açılış mərasimində TÜİB sədri Hüseyin Büyükflırat tərəfindən müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarına üzərində "Xaribülbül" əks olunan suvenir təqdim edilmişdir.
Başda Hüseyin Büyükfırat olmaqla, dəyərli Lokman Bıterə və bu layihədə əməyi keçən hər bir kəsə, dəstək olan qurumlara #KOBIA, #TIKA dərin minnətdarlığımızı bildiririk.
Füzuli Beynəlxalq Hava Limanı layihə rəhbəri, TÜİB İdarə Heyətinin üzvü Selim Akbay başarılarınız daim olsun.
17.11.2021
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) və İBF-nin təşkilatçılığı ilə 15-də Bakı Konqres Mərkəzində keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (İBF - İnternational Business Forum) 30-a yaxın ölkədən dövlət rəsmiləri, iş adamları, investorlar, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak ediblər.
02.11.2021
02.11.2021 tarixində "Gəncə İş Adamları" İctimai Birıiyi (GİA) ilə TÜİB arasında görüş keçirilib.
27.10.2021
26 oktyabr 2021. Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan və Türkiyə prezidentlərinə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyata keçirilən “Cocuq Mərcanlının İnkişafı” Layihəsi haqqında və TÜİB, TİKA və KOBİA-nın dəstəyi ilə yaradılmış Suvenir İstehsalı Müəssisəsi eyni zamanda istixana təsərrüfatı barədə məlumat verilmişdir.
22.10.2021
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı üzrə koordinatoru Fatih Yılmaz TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfıratı ziyarət edib. Qarşılıqlı əməkdaşlıq, eyni zamanda Cocuq Mərcanlıda davam edən ortaq çalışmalarla bağlı fikir mübadiləsinin aparıldığı görüşdə gələcək perspektivlər və Suvenir İstehsalı Müəssisənin fəaliyyəti ilə əlaqədar məsələlər diqqət mərkəzində olub.
21.10.2021
Oktyabrın 20-də Bakı Ekspo Mərkəzində "Rebuild Karabakh" - 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Sərgisi öz işinə başlayıb.
07.10.2021
Sivas Cumhuriyet Universiteti rektoru Priof.Aldem Yıldız "Tək Millət, Tək Ürək" Beynəlxalq Humanitar Platformamız çərçivəsində təhsilə başlayan tələbə gənclərimizlə görüşüb.
04.10.2021
4 oktyabr 2021-ci ilin tarixində Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri (TÜİB) İctimai Birliyinin İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və TÜİB nümayəndələri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov arasında işgüzar görüş keçirilmişdir.
01.10.2021
01.10.2021- Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə "Azərbaycan-Türkiyə İqtisadi əlaqələrinin inkişafı" mövzusunda Türkiyə Səfirliyinin Ticarət Başmüşavirləri Ahmet Erdal və Yakup Sefer ilə iş adamlarının görüşü keçirildi. Görüşdə Azərbaycandakı türk iş adamlarının fəaliyyətinin genişləndirilməsi, onların fəaliyyəti ilə bağlı aktual məsələlər, hər iki ölkənin sahibkarları arasında əlaqələrin daha da inkişaf etdirilməsi və investisiya qoyuluşlarının həcmini artırılması istiqamətində görüləcək işlər müzakirə olundu.