Xəbərlər
TÜİB Ailəsinin dəyərli üzvü, Türk dünyası Qadın Sahibkarlar Komitəsinin sədri seçildi
18.11.2021
TÜİB Ailəsinin dəyərli üzvü, Türk dünyası Qadın Sahibkarlar Komitəsinin sədri seçildi

 TÜİB Ailəsinin dəyərli üzvü, Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri xanım Səkinə Babayevanı Türk dünyası Qadın Sahibkarlar Komitəsinin sədri seçilməsi münasibəti ilə təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik.

Qeyd edək ki, noyabrın 11-də Türk Ticarət və Sənaye Palatasının “Türk Biznes Forum”u çərçivəsində Qadın Sahibkarlar Komitəsinin birinci iclası keçirilib.
Qadın Sahibkarlar Komitəsinin missiyası, ixtisaslı qadın sahibkarların müəyyənləşdirilməsi, güclü cəmiyyətin yaradılması, ölkələrdə qadın sahibkarlığın potensialının artırılması və qadınlar arasında sahibkarlıq mədəniyyətinin inkişafından ibarətdir.
Noyabrın 10-da keçirilən Türk Ticarət və Sənaye Palatasının 3-cü Baş Assambleyası zamanı, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Türk dünyası Qadın Sahibkarlar Komitəsində sədrliyin Azərbaycana verilməsi təşəbbüsünü irəli sürmüş və bu təşəbbüs Türk Ticarət və Sənaye Palatasının dönəm sədri olan TOBB prezidenti cənab Rifat Hisarcıklıoğlu tərəfindən dəstəklənmişdir. Çıxışlar zamanı, son illər Azərbaycanda qadın sahibkarlığın sürətlə inkişaf etdiyi və bunun Türk dünyasında qadın sahibkarlığın inkişafına böyük töhfə verəcəyi bildirilmişdir.
Komitəyə Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri xanım Səkinə Babayevanın namizədliyi irəli sürülüb.
Qadın Sahibkarlar Komitəsinin strukturunun formalaşdırılması məqsədilə Türk Şurasına üzv olan ölkələrdə fəaliyyət göstərən qadın sahibkarların iştirakı ilə səsvermə keçirilib. Səsvermə nəticəsində Səkinə Babayeva 2 il müddətinə Komitənin sədri seçilib.
18.11.2021
TÜİB Ailəsinin dəyərli üzvü, Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri xanım Səkinə Babayeva Türk dünyası Qadın Sahibkarlar Komitəsinin sədri seçilib.
14.11.2021
Müstakil Sanayici ve İşadamları Derneği (MÜSİAD) öncülüğünde bu yıl, 25.si düzenlenecek olan Uluslararası İş Forumu, Azerbaycan Cumhuriyeti Küçük ve Orta Ölçekli İşletmeleri Geliştirme Ajansı (KOBİA) iş birliğinde, T.C. Ticaret Bakanlığı, Azerbaycan Cumhuriyeti Ekonomi Bakanlığı, Türkiye ve Azerbaycan İş Adamları ve Sanayiciler İctimai Birliği ve MÜSİAD Azerbaycan Şubesi’nin destekleri ile gerçekleştirilecek.
22.06.2019
TÜİB rəhbərliyi “Skylife Travel” şirkətini ziyarət etdi
20.06.2019
Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç TÜİB-i ziyarət etdi