Xəbərlər
Huner Group -un təsisçisi və direktoru Ehtiram Quliyev Sivas tələbələri ilə
25.02.2022
Huner Group -un təsisçisi və direktoru Ehtiram Quliyev Sivas tələbələri ilə

 TÜİB Ailəsinin dəyərli üzvlərindən Huner Group -un təsisçisi və direktoru Ehtiram Quliyev, "Tək Millət, Tək Ürək" Beynəlxalq Humanitar Platformamız çərçivəsində Türkiyənin Sivas Cumhuriyyət Universitetində təhsil alan şəhid və qazi ailə üzvləri olan tələbələrlə görüşüb.

Ehtiram Quliyev şərəfli yol keçən bu ailələri təmsil edən gənclərə yüksək ali təhsil alıb cəmiyyətimizdə layiqli yer tutmaları, gələcək həyatlarında daha da uğurlu olmaları üçün öz tövsiyələrini verdi.
Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən tələbələr əminliklə bildiriblər ki, elmin dərinliklərini mənimsəmək, yüksək davranış sahibİ olmaq onların həyat amalıdır. Bu yolda onlara dəstək olanlara dərin təşəkkürlərini bildirdilər.
02.10.2022
TÜİB İdarə Heyətinin üzvü, Turizm ve xidmət komisyonunun sədri Skylife Corporation MMC şirkətinin sahibi Hakan Evsen turizm sənayesi nümayəndəsi olaraq 29 sentyabr 2022-ci il tarixində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin imzaladığı əmrə əsasən Fəxri Fərmanla təltif olunub.
01.10.2022
TÜİB olaraq şəhid ailələri və qazilərlə daim ünsiyyətdə olmaq bizim ən mühüm vəzifəmiz və borcumuzdur. Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə birlikdə həyata keçirdiyimiz “Qardaş ailə” layihəsi də bu məqsədə xidmət edir. Layihə çərçivəsində DSMF əməkdaşları və TÜİB nümayəndələri tərəfindən şəhid ailələri ziyarət edilib, ehtiyacı olanların sosial və rifah hallarının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilib.
28.09.2022
26 sentyabr 2022-ci il tarixində TÜİB İdarə Heyətinin Sədri Hüseyin Büyükfırat və baş koordinator Məhsəti Xəlilova Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sədri Himalay Məmişov və beynəlxalq əlaqələr departmentinin müdiri Elşad Xanəlibəyli "Tək Millət Tək Ürək" beynəlxalq humanitar platformasının bir hissəsi olan "Qardaş Ailə" layihəsi çərçivəsində Sivasa dəvət olunan Şəhid mayor İlkin Əhədzadənin ailəsinin səfəri barədə dəyərləndirilmə aparıb.
28.09.2022
27.09.2022-ci il tarixində TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat, sədr müavini Necmeddin Taşbağ, İH-nin üzvü Mustafa Çelenk, TÜİB-in üzvü Mobil Group MMC şirkətinin direktoru Vüsal Xəlilov, baş katib müavini Ege Soysal və baş koordinator Məhsəti Xəlilova TÜİB üzvü "İkra Logistika MMC" nin direktoru Günay Ağayevanı ziyarət edib.
21.09.2022
Tək Millət, Tək Ürək" Beynəlxalq Humanitar Platformamız çərçivəsində Türkiyənin Sivas Cumhuriyyət Universitetində təhsil alan şəhid və qazi ailə üzvləri olan tələbələr TÜİB ofisini ziyarət etdi.
17.09.2022
TÜİB üzvlərinin artıq ənənəyə çevrilən növbəti işgüzar səhər yeməyi tədbiri sentyabrın 17-də baş tutub.
15.09.2022
Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını düşmən işğalından xilas etməsinin 104-cü ildönümü münasibəti ilə Türkiyə və Azərbaycan Şəhidliklərində anım mərasimi təşkil olunub.
14.09.2022
Kardeş Aile Projesi, Türkiye-Azerbaycan İş Adamları ve Sanayiciler Birliği (TÜİB)’in girişimi ile kurulan “Tek Millet Tek Yürek Platformu” tarafından hayata geçirilmiş.