Xəbərlər
"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru TÜİB-də
20.04.2022
"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru TÜİB-də

 20.04.2022-ci il tarixində Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev TÜİB ofisini ziyarət edib. Görüşdə TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və İH-nin üzvü Ramiz Əliyev iştirak edib.

Ziyarət zamanı Elmar Mirsalayev TÜİB rəhbərliyinə  Sığortaçılar Assosiasiyası ictimi birliyinin fəaliyyəti, missiyası və gələcək planları barədə məlumat verib. Görüşdə sığorta sahəsində olan boşluqlar barədə müzakirələr aparılıb. Bundan əlavə Türk Sığortaçılar birliyi ilə imzalanacaq memorandum çərçivəsində Türk Dünyası Sığortaçılar Birliyinin yaradılacağını söyləyərək, may ayında Zirvə toplantısının baş tutacağını bildirib.

TÜİB sədri Hüseyin Büyükfırat qonağı TÜİB-də görməkdən məmnun olduğunu bildirərək, türk iş adamlarının iki qardaş ölkənin iqtisadi inkişafındakı rolu və TÜİB-in sosial layihələri barədə məlumat verib.

Hər iki tərəf TÜİB və ASA əməkdaşlığının  gələcək fəaliyyətləri üçün daha uğurlu  və faydalı olacağını bildirib.

 

Elmar Mirsalayev səmimi qarşılanma və maraqlı müzakirələrə görə öz təşəkkurünü bildirərək TÜİB-in gələcək fəaliyyətlərində uğurlar diləyib. 

26.04.2022
Azerbaycan Cumhurbaşkanı İlham Aliyev, ülkede girişimcilik alanında öne çıkan kişilerin ödüllendirilmesi yönünde kararname imzaladı.
20.04.2022
20.04.2022-ci il tarixində Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev TÜİB ofisini ziyarət edib.
10.04.2022
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi 10 aprel 2022-ci il tarixində təşkil etdiyi Ənənəvi İftar süfrəsində üzvlərini bir araya topladı.
10.03.2022
Qarabağ 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin (INCOS VII Karabağ) Təşıkilat komitəsinin həmsədrləri Tokat Qaziosmanpaşa Universitetinin rektoru Prof. Dr. Bünyamin Şahin və Makedoniya Beynəlxalq Balkan Universiteti rektoru Prof. Dr. Mehmet Erdem TÜİB ofisini ziyarət edib.
26.02.2022
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TUİB) nümayəndə heyəti fevralın 26-da erməni cəlladları tərəfindən törədilən Xocalı Soyqırımı qurbanlarının abidəsini ziyarət edib. TUİB üzvləri Xocalı qurbanlarının və şəhidlərin əziz xatirəsini yad edərək "Ana Harayı" abidəsi önünə qərənfillər qoyublar.
25.02.2022
TÜİB Ailəsinin dəyərli üzvlərindən Huner Group -un təsisçisi və direktoru Ehtiram Quliyev, "Tək Millət, Tək Ürək" Beynəlxalq Humanitar Platformamız çərçivəsində Türkiyənin Sivas Cumhuriyyət Universitetində təhsil alan şəhid və qazi ailə üzvləri olan tələbələrlə görüşüb.
03.02.2022
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi ilə MÜSİAD Azərbaycan əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
02.02.2022
"Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində Sivas Cumhuriyet Universitetində təhsil alan şəhid və qazi ailələrinin övladları və qazi gənclərimizlə Gənclər günü münasibəti ilə bira araya gəldik.