Xəbərlər
Tokat - Zile Ticarət və Sənaye Palatasının sədri və üzvləri TÜİB-də
27.05.2022
Tokat - Zile Ticarət və Sənaye Palatasının sədri və üzvləri TÜİB-də

 27.05.2022-ci il tarixində Tokat - Zile Ticarət və Sənaye Palatasının sədri və üzvləri TÜİB-i ziyarət edib.

TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat , Tokat - Zile Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Necati Bice və hər iki qurumun idarə heyətlərinin üzvləri arasında görüş keçirilib.
Görüş zamanı Tokat - Zile Ticarət və Sənaye Palatasının İdarə Heyətinə TÜİB fəaliyyətləri haqqında və Azərbaycanda investisiya imkanları, dəstək və təşviqlər barədə məlumat verilib.
Görüşdə tərəflər Azərbaycana investisiya axınının cəlb edilməsinin vacib və prioritet məsələlərdən olduğunu qeyd ediblər.
Sonda xatirə fotosu çəkilib.
16.07.2022
16.07.2022-ci il tarixində Günaydın Steakhouse restoranında keçirilən ənənəvi işgüzar səhər yeməyində TÜİB İdarə Heyətinin və təşkilatın üzvləri, dəvət olunmuş qonaqlar iştirak edib.
07.07.2022
Bu gün Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyi (TÜİB),Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) və “Caspian Energy Club” (CEC) arasında Anlaşma Memorandumu imzalanıb.
04.07.2022
İyulun 2-də Bakıdakı Tandirloin restoranında keçirilən işgüzar səhər yeməyində TÜİB rəhbərliyi və təşkilatın üzvləri, Türkiyə Səfirliyinin Ticarət baş müşavirləri Ahmet Erdal ve Yakup Sefer və Əmək və Sosial müdafiə müşavirliyi İsmayıl Haqverdiyev, iş adamları, dəvət olunmuş qonaqlar iştirak edib.
18.06.2022
18.06.2022-ci il tarixində Fəxri qonağımız Türkiyə Səfirliyinin Əmək və Sosial Müdafiə Müşavirliyinin mütəxəssisi İsmayıl Haqverdiyevin iştirakı ilə“ TÜİB İşgüzar Səhər Yeməyi” keçirildi.
27.05.2022
Tokat - Zile Ticarət və Sənaye Palatasının sədri və üzvləri TÜİB-i ziyarət edib.
25.05.2022
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin İdarə Heyətinin sədri Hüseyin Büyükfırat vəTÜİB üzvləri Azərbaycanın tarixi mədəni irsində xüsusi yeri olan Şuşaya işgüzar səfər edib
23.05.2022
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin Yeni İdarə Heyəti Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
23.05.2022
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin yeni İdarə Heyətinin Sədri Hüseyin Büyükfırat və İdarə Heyəti Türkiyənin Azərbaycandakı Səfiri Doç.Dr. Cahit Bağcını ziyarət edib.