Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) üzvləri növbəti işgüzar səhər yeməyində bir araya gəliblər
16.07.2022-ci il tarixində Günaydın Steakhouse restoranında keçirilən ənənəvi işgüzar səhər yeməyində TÜİB İdarə Heyətinin və təşkilatın üzvləri, dəvət olunmuş qonaqlar iştirak edib.
Səmimi və işgüzar mühitdə keçirilən tədbirdə TÜİB üzvləri arasında əməkdaşlıq, yeni üzvlərlə tanışlıq, qurumun planları, həyata keçiriləcək yeni layihələr və hazırda reallaşan layihələrin indiki durumu müzakirə edilib.