Xəbərlər
TÜİB Alxanlı kəndində baş vermiş erməni təxribatı ilə bağlı bəyanat yayıb
11.07.2017
TÜİB Alxanlı kəndində baş vermiş erməni təxribatı ilə bağlı bəyanat yayıb

“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” (TÜİB) Füzuli rayonunun Alxanlı kəndində baş vermiş erməni təxribatı ilə bağlı bəyanat yayıb. TÜİB-dən qəzetimizə verilən məlumata görə, bəyanatda deyilir ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarında növbəti təxribatı nəticəsində dinc sakinlərin - 2 yaşlı körpə Zəhranın və onun nənəsinin qətli Ermənistanın Azərbaycana və onun xalqına qarşı uzun illərdən bəri apardığı soyqırımı siyasətinin bir hissəsidir.

“Artıq 25 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizdən çoxu Ermənistan tərəfindən işğal edilib, milyonlarla azərbaycanlı qardaş-bacılarımız öz ev-eşik və torpaqlarını itirərək, öz vətənlərində məcburi qaçqın həyatı yaşayırlar. Münaqişə nəticəsində Azərbaycan iqtisadiyyatına böyük məbləğdə zərər dəyib.

Təəssüfləndirici haldır ki, bütün bunlar dünya ictimaiyyətinin, planetimizdə sülh və sabitliyi qorumalı olan beynəlxalq birliyin, təşkilatların və iri dövlətlərin gözü qarşısında baş verir. Belə təşkilatların ədalətli qərarları və tələbləri isə Ermənistan tərəfindən qulaqardına vurulur.

Bütün bunlara baxmayaraq, qardaş Azərbaycan xalqı və dövləti torpaqlarının işğalı ilə barışmır və haqq işini davam etdirir.

Sıralarında Azərbaycanda çalışan türk iş adamlarını birləşdirən “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi”nin bəzi üzvləri artıq 20 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və möhkəmlənməsinə töhfə verirlər. Bu dövrdə Azərbaycan bizim ikinci Ana Vətənimizə çevrilib. Böyük öndər, müasir Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün sözləri ilə desək, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.

İndi də baş verənləri - Ermənistanın bu xain və təxribat əməllərini şiddətlə qınayır və Azərbaycana dəstəyimizi bəyan edirik. TÜİB olaraq həlak olan qardaş-bacılarımızın yaxınlarına Allahdan rəhmət diləyir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Həmişə olduğu kimi, bu gün də Azərbaycan xalqının yanında və onun bir hissəsiyik.

Ötən ilin aprelindəki döyüşlərdə Azərbaycan ordusunun rəşadəti ilə torpaqların bir hissəsinin erməni işğalından azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni həyatın başlanması üçün aparılan işləri böyük sevinclə izləyirik.

Əminik ki, Azərbaycanın haqq işi uğrunda apardığı mücadilə uğurla başa çatacaq. Şəhidlərimizin intiqamı alınacaq, işğal olunmuş torpaqlarımız azad ediləcək, qardaş-bacılarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar”, - deyə bəyanatda qeyd olunur.

 

http://yeniazerbaycan.com/Sosial_e35663_az.html

11.07.2017
“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” (TÜİB) Füzuli rayonunun Alxanlı kəndində baş vermiş erməni təxribatı ilə bağlı bəyanat yayıb.
31.05.2017
Azerbaycan'daki Türk iş adamlarının kurduğu Türkiye-Azerbaycan İş Adamları ve Sanayiciler Birliği (TÜİB) üyeleri iftarda bir araya geldi.
30.05.2017
BAKÜ (AA) - Azerbaycan'daki Türk iş adamlarının kurduğu Türkiye-Azerbaycan İş Adamları ve Sanayiciler Birliği (TÜİB) üyeleri iftarda bir araya geldi.Bakü'de...
10.05.2017
Dövlət Miqrasiya Xidmətinin rəisi, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) rəsmiləri ilə görüşüb.
05.05.2017
Türk şirkətləri məhsullarını Azərbaycanda istehsal etməklə üçüncü ölkələrə ixrac etməlidir.
05.05.2017
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov ilə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) idarə heyətinin üzvləri arasında görüş keçirilib
01.05.2017
Aprelin 29-da Bakıda Azərbaycanda fəaliyyət göstərən türk iş adamlarının yaratdığı yeni qurum olan TÜİB ilk ümumi yığıncağı keçirilib.
30.04.2017
TÜİB Yönetim Kurulu Başkanı Genç, "Türkiye ile Azerbaycan'ın daha da gelişmesi için çabalarımızı esirgemeyeceğiz.