Tarix : 17.11.2021


25-ci Beynəlxalq Biznes Forum -yeni başlanğıclar.
25-ci Beynəlxalq Biznes Forum -yeni başlanğıclar.

 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) və İBF-nin təşkilatçılığı ilə 15-də Bakı Konqres Mərkəzində keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (İBF - İnternational Business Forum) 30-a yaxın ölkədən dövlət rəsmiləri, iş adamları, investorlar, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak ediblər. “Azərbaycan: Asiyanın incisi” şüarı ilə keçirilən forumun məqsədi Azərbaycanın investisiya imkanlarını, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin zəngin potensialını xarici sərmayədarlara təqdim etmək, iştirakçı ölkələr arasında iqtisadi-ticarət əlaqələrini, biznes sahəsində əməkdaşlığı genişləndirməkdir.

Forum çərçivəsində Azərbaycanın investisiya imkanlarına və dövlət-özəl sektor tərəfdaşlığına (DÖST/PPP) dair panellər təşkil olunub. TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfıratın da iştirak etdiyi panel iclasında Azərbaycanın əlverişli biznes və investisiya mühiti, ölkəmizin, o cümlədən Qarabağın investisiya potensialı, DÖST layihələrinin tətbiqi, bu sahədə Türkiyə təcrübəsi, işğaldan azad edilmiş ərazilərimizdə sosial-iqtisadi infrastrukturun yenidən qurulması prosesində PPP modelinin roluna dair təqdimatlar keçirilib,