Tarix : 10.04.2022


TÜİB Ənənəvi İftar Proqramı
TÜİB Ənənəvi İftar Proqramı

 Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi 10 aprel 2022-ci il tarixində təşkil etdiyi Ənənəvi İftar süfrəsində üzvlərini bir araya topladı.

TÜİB-in təşkil etdiyi iftara Türkiyə səfiri Doç.Dr. Cahit Bağcı və səfirliyin müşavirləri, millət vəkilləri Sabir Rüstəmxanlı, Ramil Həsən, Naqif Həmzəyev, Məlahət İbrahimqızı, Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı, KOBİA İH-nin sədr müavini Hikmət Məmmədov, TİKA Bakı koordinatoru Fatih Yılmaz, Gəncliyə Yardım Fondu rəhbəri Ahmet Tecim, GİA İH-nin sədri Zəfər Məmmədov, Vətən Müharibəsi Şəhidləri Mayor Əhədzadə İlkinin və Baş leytenant Hikmət Səfərovun ailə üzvləri, hər iki qardaş ölkəni təmsil edən iş adamları, həmçinin media nümayəndələri qatılıblar.