Tarix : 07.07.2022


TÜİB, ATİB və Caspian Energy Club arasında Anlaşma Memorandumu imzalanıb
TÜİB, ATİB və Caspian Energy Club arasında Anlaşma Memorandumu imzalanıb

 Bu gün Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyi (TÜİB),Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) və “Caspian Energy Club” (CEC) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu TÜİB tərəfindən İdarə Heyətinin sədri Hüseyn Büyükfırat, ATİB adından İdarə Heyətinin sədr müavini Mürsəl Rüstəmov, , CEC adından Telman Əliyev imzalayıblar. Anlaşma Memorandumu Azərbaycan-Türkiyə əməkdaşlığına həsr olunub.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, Türkiyə Respublikasının Azərbaycan Respublikasında Səfirliyinin ticarətin Baş müşaviri Yakup Sefer və İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Şiriyev iştirak edib.
Tədbirin birinci hissəsində Azərbaycan və Türkiyə şirkətlərinin regionların inkişafında rolu
mövzusunda Avni Demircinin Moderatorluğu ilə spikerlər: Natiq Həəsnov, Elxan Şiriyev, Yakup Sefer ve Barış Altıparmak müzakirələr aparıb. İkinci hissə Azərbaycan – Türkiyə sahibkarlarının beynəlxlaq arenada əməkdaşlığı mövzusuna həsr edilib. Mövzu ətrafında Telman Əliyevin Moderatorluğu ilə spikerlər: Yusif Abdullayev, Hüseyin Büyükfırat, Mürsəl Rüstəmov və Rəşad Məmmədov tərəfindən geniş məlumat verilib.