Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinə xoş gəlmişsiniz

BİZNESİNİZİ GENİŞLƏNDİRİN!

Ətraflı məlumat

TÜİB haqqında bəzi faktlar

“Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi” (TÜİB), qlobal iqtisadi əlaqələrin yenidən tənzimləndiyi bir mühitdə, çox önəmli bir missiyanı öz üzərinə götürüb. Qlobal iqtisadi, sosial və siyasi hadisələri yaxından izləsək də, bütün diqqətimiz və qəlbimiz ölkələrimiz Azərbaycan və Türkiyədədir. “Millətimiz və Dövlətlərimiz Varsa, Biz də Varıq!” şüarı ilə fəaliyyət göstərən iş adamları öz sahələrində əldə etdikləri uğurlarla yanaşı, xalqımızın rifah halının yaxşılaşdırılması və millətimizin sivilizasiyalara doğru inteqrasiyası üçün öz üzərinə düşən vəzifələri yerinə yetirməyi hədəfləyir. TÜİB olaraq bu məqsədə yönəlmiş fəaliyyət proqramları hazırlayaraq həyata keçirmək əsas hədəfimizdir. TÜİB rəhbərliyi olaraq fəaliyyətlərimiz çərçivəsində rəqabət gücünü artıracaq, struktur islahatlarla dəstəklənən davamlı böyümə və ictimai problemlərin daimi həllinin tapılmasını hədəfləyən işlərə üstünlük veririk.

"İş Dünyamız" jurnalı

Tuib.Az

Jurnallara Baxın
Vacib TÜİB xəbərləri
27 May 2024

“YAŞAT” Fondu və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə Türkiyə Savaş Əlili, Qazilər, Şəhid Dul və Yetimləri Dərnəyinin Bursa və Ankara şöbəsindən 28 şəhid ailəsi üzvü Azərbaycanda səfərdədir.

20 May 2024

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə 19 may 2024-cü il tarixində Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu “Beşbarmaq Dağı”nda təbiət qoynunda tədbir həyata keçirib.

16 May 2024

Azərbaycanda səfərdə olan Türkiyə Toxumçular Birliyi (TÜRKTOB) Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin ofisini ziyarət edib.

16 May 2024

Türkiyə Respublikası Prezidentinin Maliyyə ofisinin rəhbəri Prof.Dr.Göksel Aşan TÜİB ofisini ziyarət edib.

26 Aprel 2024

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin növbəti Ənənəvi İşgüzar Səhər Yeməyi təşkil olunub.

23 Aprel 2024

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin üzvü "Assan-STP Panel" MMC ziyarət edilib.

2 Aprel 2024

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin növbəti ənənəvi iftar yeməyi tədbiri keçirilib.

23 Fevral 2024

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin üzvü "Sönməz Elektrik MMC" ziyarət edildi.