TÜİB-də Türkiyənin sənaye nümayəndələri ilə görüş keçirilib

TÜİB-də Türkiyənin sənaye nümayəndələri ilə görüş keçirilib 17 iyul 2025-ci il tarixində Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının gücləndirilməsi istiqamətində görüş baş tutub. Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyində (TÜİB) keçirilən görüşdə Türkiyənin aparıcı sənaye şirkətləri BARTEK və ROYALPAN-ın rəhbərləri Ufuk Çaparoğlu və İbrahim Özkul, TÜİB İdarə Heyətinin üzvü Yılmaz Nalkıran, Oktay Vayiç və birlik katibliyi iştirak ediblər. Görüş zamanı Azərbaycan və Türkiyə arasında sənaye sahəsində əməkdaşlıq perspektivləri, birgə investisiya imkanları və yeni biznes layihələrinin həyata keçirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. TÜİB nümayəndələri qonaqlara Azərbaycanın biznes mühiti, yerli istehsalın təşviqi və sənaye sektorundakı potensial barədə ətraflı məlumat veriblər. Tərəflər qarşılıqlı maraq doğuran sahələri nəzərdən keçirərək gələcək əməkdaşlıq imkanlarını dəyərləndiriblər. Görüşdə həmçinin bu cür təşəbbüslərin iki qardaş ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə, sənaye tərəfdaşlığının inkişafına və dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verdiyi vurğulanıb. TÜİB bu kimi məhsuldar görüşlərin davamlı şəkildə keçirilməsini və tərəflər arasında qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq etməyə davam edəcək.

Tarix
18 İyul 2025
Baxış: 15
Digər xəbərlər