Page 10 - ishdunyamiz_11
P. 10

8      ИШDЦNYAМЫЗ    —   {OKTYABR-DEKABR 2021}

       TÜİB YENİLİKLƏRİ




          Bakıda Beynəlxalq Biznes Forum keçirilib




                                                                           iştirak ediblər.
                                                                             Forumda Azərbaycanın investisiya
                                                                           imkanları, o cümlədən işğaldan azad
                                                                           olunmuş ərazilərimizin zəngin potensialını
                                                                           xarici sərmayədarlara təqdim edilib.
                                                                             Tədbirdə çıxış edən iqtisadiyyat naziri
                                                                           Mikayıl Cabbarov Azərbaycanın əlverişli
                                                                           coğrafi mövqeyinin, böyük tranzit potensi-
                                                                           alının, müasir infrastrukturunu xatırladaraq
                                                                           investorları fəal əməkdaşlığa dəvət edib.
                                                                             Türkiyənin xəzinə və maliyyə nazirinin
                                                                           müavini Nureddin Nebati Azərbaycanın
                                                                           işğaldan azad edilmiş ərazilərinin dirçəl-
                                                                           dilməsi layihələrində Türkiyə şirkətlə-
                                                                           rinin fəal iştirak etdiyini, bunun iqtisadi
                                                                           əməkdaşlığa, biznesin dirçəlişinə, yeni
                                                                           müəssisələrin və iş yerlərinin açılmasına
                                                                           əhəmiyyətli töhfə olacağını vurğulayıb.
                                                                           Nazir  kənd təsərrüfatı, turizm, tikinti,
                                                                           bərpa olunan enerji və digər sahələrdə
                                                                           iş birliyinin, təcrübə mübadiləsinin daha
                                                                           da genişləndirilməsi ilə bağlı fikirlərini
                                                                           bölüşüb.
                                                                             Forum çərçivəsində Azərbaycanın in-
                                                                           vestisiya imkanlarına və dövlət-özəl sektor
                                                                           tərəfdaşlığına (DÖST/PPP) dair panellər
                                                                           təşkil olunub. TÜİB İdarə Heyətinin sədri
                                                                           Hüseyin Büyükfıratın da iştirak etdiyi
                                                                           panel iclasında Azərbaycanın əlverişli
            TÜIB IDARƏ HEYƏ-         Noyabrın 15-də Bakı Konqres Mərkə-    biznes və investisiya mühiti, ölkəmizin, o
           TININ SƏDRI HÜSE-      zində 25-ci Beynəlxalq Biznes Forum      cümlədən Qarabağın investisiya potensi-
            YIN BÜYÜKFIRATIN      keçirilib.                               alı, DÖST layihələrinin tətbiqi, bu sahədə
            DA IŞTIRAK ETDIYI        Azərbaycan İqtisadiyyat Nazirliyinin   Türkiyə təcrübəsi, işğaldan azad edilmiş
            PANEL ICLASINDA       və Türkiyə Ticarət Nazirliyinin dəstəyi,   ərazilərimizdə sosial-iqtisadi infrastruktu-
              AZƏRBAYCANIN        Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin   run yenidən qurulması prosesində PPP
            ƏLVERIŞLI BIZNES      (KOBİA), Türkiyənin Müstəqil Sənayeçi və   modelinin roluna dair təqdimatlar keçirilib.
               VƏ INVESTISIYA     İş Adamları Dərnəyinin (MÜSİAD) və İBF-in   Forumda iştirak edən xarici iş adam-
             MÜHITI, ÖLKƏMI-      təşkilatçılığı ilə keçirilən forumda 30-a   ları və investorlar bir sıra müəssisələrdə
           ZIN, O CÜMLƏDƏN        yaxın ölkədən dövlət rəsmiləri, iş adam-  istehsal prosesi ilə də tanış olub, yerli
          QARABAĞIN INVES-        ları, investorlar, beynəlxalq təşkilatların   sahibkarlarla əməkdaşlıq və investisiya
           TISIYA POTENSIALI,     və diplomatik korpusun nümayəndələri     qoyuluşuna dair müzakirələr aparıblar.
             DÖST LAYIHƏLƏ-
            RININ TƏTBIQI, BU
            SAHƏDƏ TÜRKIYƏ
          TƏCRÜBƏSI, IŞĞAL-
          DAN AZAD EDILMIŞ
             ƏRAZILƏRIMIZDƏ
              SOSIAL-IQTISADI
          INFRASTRUKTURUN
             YENIDƏN QURUL-
           MASI PROSESINDƏ
          PPP MODELININ RO-
           LUNA DAIR TƏQDI-
           MATLAR KEÇIRILIB.
   5   6   7   8   9   10   11   12   13   14   15