Page 13 - sehifeler_Layout 1
P. 13

{N-2`2018} 11



                                                               tiyasının sədri Dövlet Bahçeli Hollandiyanın qon-
                                                               darma “erməni soyqırımı”nı tanımasına sərt reaksi-
                                                               ya verərək Xocalı soyqırımını xatırladıb.
                                                                  Türkiyədən olan nüfuzlu şəxslər də şəxsi “twit-
                                                               ter”  hesablarında  Xocalı  həqiqətlərindən  yazıb,
                                                               Azərbaycan  xalqına  başsağlığı  veriblər.  TRT-nin
                                                               baş  direktoru  İbrahim  Ərən  Azərbaycan  xalqının
                                                               yanında  olduğunu  bildirib,  şəhidlərə  Allahdan
                                                               rəhmət diləyib. Qeyd edək ki, TRT bu cür həssas
                                                               məqamlarda  daim  Azərbaycan  xalqının  yanında
                                                               olub.
                                                                  Qardaş  ölkədən  olan  istər  nazir,  istər  millət
                                                               vəkili,  istər  müğənnisi,  istərsə  də  sadə  vətəndaşı
                                                               “twitter”də  Xocalı  qətliamı  ilə  bağlı  paylaşım
                                                               edərək, erməni vəhşiliyini qınayıb, Xocalıya ədalət
                                                               tələb ediblər.
                                                                  Bunların  arasında  Türkiyənin  xarici  işlər  naziri
                                                               Mövlud  Çavuşoğlu,  Elm,  Sənayə  və  Texnologiya
                                                               naziri  Faruk  Özlü,  Ədalət  və  İnkişaf  Partiyasından
                                                               millət vəkilləri Cihan Pektaş, Burhan Kuzu, TRT-nin
                                                               baş  direktoru  İbrahim  Eren,  Türkiyə-Azərbaycan
                                                               parlamentlərarası  dostluq  qrupunun  sədri  Nec-
                                                               det Ünüvar, MHP-nin deputatı Ruhi Ersoy, Yılmaz
                                                               Büyükerşen – Əskişəhərin bələdiyyə sədri Yılmaz
                                                               Büyükerşen,  İYİ  partiyasının  sədri  Meral  Akşener,
                                                               müğənni Murat Kekilli kimi şəxslər olub.





              rımının 26-cı ildönümünə həsr olunmuş konfrans
              keçirilib. Tədbirdə Türkiyə və Azərbaycanda tanın-
              mış şəxslər, millət vəkilləri, QHT rəhbərləri və siyasi
              partiya təmsilçiləri qatılıb.
                 Konfransda Azərbaycan Milli Məclisin deputatı
              Qənirə Paşayeva, İstanbul Universitetinin müəllimi,
              professor  Xəlil  Bal,  “Yeniçağ  Azərbaycan”  Media
              Qrupunun baş direktoru Aqil Ələsgər, Qadın Yazar-
              lar İctimai Birliyinin sədri Nüşabə Məmmədli çıxış
              ediblər.
                 Tədbirdə,  həmçinin,  Türk  ordusunun  Afrində
              keçirdiyi  “Zeytun  Budağı”  əməliyyatı  ilə  bağlı
              Azərbaycan  xalqının  Türkiyənin  yanında  olduğu
              xüsusilə qeyd edilib. Aprel zəfərinin qazilərindən
              Natiq Mehdiyev də Qarabağ qazilərinin hər zaman
              türk ordusunun yanında olduğunu vurğulayıb.
                 Xocalı dəhşətləri “Ülke” telekanalında
                 Türkiyə  və  Azərbaycan  İş  Adamları  və
              Sənayeçilər İctimai Birliyinin (TÜİB) təşkilatçılığ ilə
              Xocalı faciəsinin 26-cı ildönümüylə əlaqədar An-
              karada  səfərdə  olan  Azərbaycanın  nümayəndə
              heyəti  qardaş  ölkənin  “Ülke”  telekanalında  olub.
              Kanalda  hazırlanan  reportajda  Xocalı  faciəsinin
              canlı  şahidləri  26  il  öncəki  dəhşətdən  danışıblar.
              Qeyd  edək  ki,  “Ülke  TV”-nin  rəhbəri  Həsən  Öz-
              türk  hər  zaman  Azərbaycanla  bağlı  məsələlərdə
              həssaslığı və birmənalı mövqeyi ilə tanınır.
                  Türkiyənin siyasi partiyaları da Xocalı faciəsi ilə
              bağlı çağırışlar edib. Türkiyənin Milli Hərəkat Par-
   8   9   10   11   12   13   14   15   16   17   18