Page 62 - sehifeler_Layout 1
P. 62
60 ИШDЦNYAМЫЗ — {YANVAR-MAY 2022}
TARİX
“SƏHƏR SAAT 5-6
RADƏLƏRİNDƏ BAŞ NAZİR
SÜLEYMAN DƏMİRƏLDƏN
“XOŞ GƏLDİNİZ” ZƏNGİYLƏ
QƏBUL EDİLDİK”
1980-cu il. Yunanıstan, Afina, Ağırlıq qaldırma üzrə dünya və Avropa çempionatı -
idman statistikası deyir ki, 37 ölkədən 220 idmançının qatıldığı həmin çempionatda
60 qızıl medal qazanılıb.
Amma bu çempionat təkcə qızıl medallar və reko rdlarla deyil, həm də 22 yaşlı
azərbaycanlının tarixi addımı ilə yadda qaldı. SSRİ yığma komandasının üzvü Hafiz
Süleymanov yarışda qızıl medalını qazanandan sonra qardaş Türkiyədən sığınacaq
istəyərək SSRİ-ən imtina etdiyini elan etdi.
33 il əvvəl Avropada, qlobal güclərin arasındakı gərginlikdə bu addvm bomba kimi
partladı. SSRİ rəhbərliyi idmançını geri qaytarmaq üçün bütün yollara əl atsa da,
bunu bacarmadı.
22 yaşlı gəncin bu addımı Qərbdə Dəmir Pərdə kimi tanınan Sovetlərin həm imicinə,
həm də “xoşbəxt kommunist vətəndaşı” illuziyalarına böyük zərbə vurdu. Eyni za-
manda əslində əsarətdə saxlanan Azərbaycan adlı ölkənin Türkiyə ilə eyni köklərlə
bağlı olduğu həqiqətini də üzə çıxardı.
Hafiz Süleymanoğlunun adı Azərbaycan və Türkiyə ictimaiyyətinə yaxşı tanışdır. Ağır
atletika üzrə 5 qat Avropa, 2 qat dünya çempionu olan, 2 dəfə isə dünya rekordunu
təzələyən Süleymanoğlu ağır atletika tarixinin ən titullu idmançılarındandır.
Yeri gəlmişkən, Hafiz Süleymanovun bu addımı ondan cəmi 3 il əvvəl – 1986-cı ildə
eyni formada Bolqarıstandan imtina edərək qardaş Türkiyəyə sığınan əfsanəvi türk
idmançısı Naim Süleymanoğlunun həyatını xatırladır.
Xeyli müddət Türkiyədə yaşayıb fəaliyyət göstərən həmyerlimizlə Bakıda söhbətləş-
mək imkanı qazandıq: