Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Haqqımızda

TÜİB

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi

Vizyonumuz

“Güclü iqtisadiyyat – güclü dövlət” şüarı ilə Azərbaycan və Türkiyə iqtisadiyyatlarının inkişafına və möhkəmlənməsinə öz töhfəmizi vermək, iki qardaş ölkə arasındakı bölünməz dostluq və əməkdaşlıq körpüsünün əsas təməl daşlarından biri olmaq başlıca məqsədimizdir.

Missiyamız

Azərbaycan və Türkiyə arasında iqtisadi, sosial və mədəni əlaqələrin inkişafını təşviq etmək, üzvlərimiz arasında həmrəylik və əməkdaşlığı gücləndirməkdir. Türk iş adamları və şirkətlərinə ölkəmizin iqtisadi və maliyyə qanunvericiliyindəki dəyişikliklər barədə vaxtında və əhatəli məlumat vermək, onların Azərbaycana sərmayə yatırımlarını təşviq etmək və bu prosesdə dəstək xarakterli məsləhətlər təqdim etmək missiyamızın əsas tərkib hissəsidir. Eyni zamanda, üzvlərimizin sərmayə və kommersiya fəaliyyətləri zamanı qarşılaşdıqları çətinlikləri müəyyən edib, ümumi xarakterli problemlərin həlli üçün müvafiq qurumlarla əlaqə yaratmaq və dialoq platformaları formalaşdırmaq üçün çalışırıq.

Dəyərlərimiz

  • Qardaşlıq və Etimad: Azərbaycan və Türkiyə arasında uzunmüddətli dostluq və etimada əsaslanan münasibətləri inkişaf etdirmək.
  • Əməkdaşlıq və Həmrəylik: Üzvlərimizin uğurlarını dəstəkləyərək güclü işgüzar şəbəkə yaratmaq.
  • Peşəkarlıq və Şəffaflıq: Fəaliyyətlərimizdə yüksək peşəkarlıq standartlarına riayət etmək və şəffaflığı təmin etmək.
  • Yenilikçilik və İnkişaf: İqtisadi və texnoloji yenilikləri izləyərək üzvlərimizin inkişafına dəstək vermək.
  • Sosial Məsuliyyət: Sosial və mədəni layihələrlə ölkəmizin rifahına töhfə vermək.

TÜİB Haqqında Ətraflı Məlumat

“Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi” (TÜİB), qlobal iqtisadi əlaqələrin yenidən tənzimləndiyi bir mühitdə, çox önəmli bir missiyanı öz üzərinə götürüb. Qlobal iqtisadi, sosial və siyasi hadisələri yaxından izləsək də, bütün diqqətimiz və qəlbimiz ölkələrimiz Azərbaycan və Türkiyədədir. “Millətimiz və Dövlətlərimiz Varsa, Biz də Varıq!” şüarı ilə fəaliyyət göstərən iş adamları öz sahələrində əldə etdikləri uğurlarla yanaşı, xalqımızın rifah halının yaxşılaşdırılması və millətimizin sivilizasiyalara doğru inteqrasiyası üçün öz üzərinə düşən vəzifələri yerinə yetirməyi hədəfləyir. TÜİB olaraq bu məqsədə yönəlmiş fəaliyyət proqramları hazırlayaraq həyata keçirmək əsas hədəfimizdir. TÜİB rəhbərliyi olaraq fəaliyyətlərimiz çərçivəsində rəqabət gücünü artıracaq, struktur islahatlarla dəstəklənən davamlı böyümə və ictimai problemlərin daimi həllinin tapılmasını hədəfləyən işlərə üstünlük veririk. Azərbaycan və Türkiyənin mövcud potensialının ən təsirli şəkildə qiymətləndirilməsi üçün,

  • Hər iki ölkənin iş adamları arasında ortaq platformalar təsis etmək, onları birgə əməkdaşlıq etməyə və investisiya yatırımlarına təşviq etmək,
  • Real və məhsuldar məşğulluğu artırmaq, insanların rifahını yüksəldə biləcək fəaliyyət sahələrinə üstünlük vermək,
  • Üzvlərimizin əlavə dəyəri yüksək sahələrdə daha da fəal olmaları üçün təşviq etmək,
  • Mövcud qanunvericilikdə inkişaf etdirilməyə ehtiyac duyulan xüsuslar olduqda müvafiq qanunverici orqanlarla öz təcrübə və biliklərimizi paylaşmaq, təkliflər təqdim etmək və bütün tərəflərin məmnun qalmasını təmin etmək;  
əsas hədəflər arasındadır.  
Bu hədəflərə nail olmaq üçün gücümüzü işimizə verdiyimiz əməkdən, işlərimizi qanunlara uyğun olaraq icra etməkdən, məlumat və təcrübəmizdən, ən başlıcası isə qardaşlıq münasibəti ilə bir-birinə möhkəm bağlanmış dövlətlərimizdən alırıq. Yolumuz uzun və mürəkkəbdir. Ancaq ümidimiz həmişəkindən daha çoxdur..Güclüyük, daha da güçlü olacağıq. Öz gücümüzlə ölkələrimizə güc qatacağımıza, Azərbaycan güclü olarsa Türkiyə, Türkiyə güclü olarsa Azərbaycanın güclü olacağına inanırıq. Yolumuz açıq olsun...

TÜİB Ailəsinin 100+ üzvləri

İdarə Heyəti Üzvləri

Hüseyin Büyükfırat

Hüseyin Büyükfırat

Büyükfırat Group
Savaş Uzan

Savaş Uzan

Azersun Holding
Şahin Məmmədov

Şahin Məmmədov

Paşa Holding
Selçuk Demir

Selçuk Demir

Ziraat Bank Azərbaycan
Necmeddin Taşbağ

Necmeddin Taşbağ

Kartaş MMC
Rəna Məmmədova

Rəna Məmmədova

“Coca-Cola İçecek” Azərbaycan
Azər Mirzəyev

Azər Mirzəyev

Məmmədoğulları QSC
Selim Akbay

Selim Akbay

Azvirt MMC
Günay Ağayeva

Günay Ağayeva

İKRA Logistika MMC
Lokman Biter

Lokman Biter

Makro Holding
Ahmet Köse

Ahmet Köse

T3 Vəqfi Azərbaycan
Salih Tüfekçi

Salih Tüfekçi

Demirören Holdinq, "Azerlotereya"
Kerem Demir

Kerem Demir

Otokoç Otomotiv
Yılmaz Nalkıran

Yılmaz Nalkıran

Tar Sa Yapı
Oktay Vayiç

Oktay Vayiç

VTL Lojistik