Maliyyə-Finans

TÜİB-in Bank və Sığorta Komissiyası ölkənin bank, sığorta və digər maliyyə xidmətləri sahəsini təqib edir, buradakı prosesləri və mövcud bazar tendensiyalarını araşdırır. Türkiyənin də iki bankla təmsil olunduğu Azərbaycanın bank sektoru ölkə iqtisadiyyatında, xüsusilə də biznesin maliyyələşdirilməsində mühüm rola malikdir. TÜİB-in Bank və Sığorta Komissiyası eləcə də sığorta və qiymətli kağızlar sektoru ilə bağlı təhlillər aparır, ölkənin hələ gənc olan və inkişaf üçün böyük potensiala malik bu sahələrində qabaqcıl təcrübənin tətbiqi ilə bağlı potensial imkanları araşdırır, TÜİB üzvlərini bu sahədəki yeniliklərlə təmin edir.


Komissiya sədri - Avni Demirci